
İyunun 11-də gecə saat 01:30-da Ermənistan ordusunun Dağlıq Qarabağın cənubundakı hərbi hissələrdən birində 20 yaşlı əsgər Edqar Melkonyan ölüb.
Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, erməni əsgərin hansı səbəbdən öldüyü dəqiqləşdirilir. Onun hərbçi yoldaşı tərəfindən güllələndiyi də istina edilmir.



