"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Suriya müxalifəti yenidən toplandı

11 İyun 2015 - 13:10
in XƏBƏR LENTİ

Suriya müxalifəti yenidən toplandı

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Ziya Abbas: “Müxaliflər Əsədin getməsi üçün həmfikirdilər, ancaq Əsəddən sonra nə edəcəkləri ilə bağlı dəqiq fikirləri yoxdur”
Misirin paytaxtı Qahirədə Suriya müxalifətinin böyük bir qisminin iştirakı ilə ikinci toplantı keçirilib. 200 nəfərə yaxın müxalifət təmsilçisinin qatıldığı “Suriyada siyasi həll üçün” adlı konfransın əsas təşkilatçısı Misir hökuməti olub. Açılış zamanı çıxış edən Misir xarici işlər naziri Sami Şükrü bildirib ki, konfransın əsas Suriyanın gələcəyi ilə bağlı qəti bir mövqe ortaya qoymaq, uzlaşan nöqtələri müəyyənləşdirməkdən ibarətdir.
Ərəb Dövlətləri Liqasının baş katibi Nəbil əl-Ərəbi deyib ki, “hərbi həll” yolu ilə davam etmənin təhlükəli olduğunu və bu səbəbdən bu günə qədər həyata keçirilən həll siyasətini yenidən gözdən keçirməyə vadar edir.
Qeyd edək ki, daha əvvəl bu il yanvar ayında Qahirədə Suriya müxalifətinin daha bir toplantısı baş tutub. Toplantıda qəbul olunan 10 maddəlik bəyanat Cenevrə konfransı prosesinin davam etdirilməsini nəzərdə tutur. Bu dəfəki konfransda isə Suriya müxalifətinin münaqişənin həlli ilə bağlı “yol xəritəsi” hazırladığı bildirilir. Sənəd Suriyada münaqişənin siyasi həllini, ölkədə hakimiyyətin tam olaraq dəyişməsi, eləcə də hakimiyyət dəyişikliyini təmin etmək üçün hazırkı iqtidar komandası ilə danışıqlar aparmaq üçün etimad və etibarlı mühitin yaradılması, silahlı toqquşmaların dayandırılması, siyasi məhbusların azad edilməsi və keçid hökumətinin qurulmasını nəzərdə tutur. Suriyanın əsasən mülayim müxalifətinin təmsil olunduğu konfrans hakimiyyət və radikal qruplar arasında müzakirələrin təşkil olunması, sülh sazişi bağlanacağı təqdirdə keçid konstitusiyasının qəbulu üçün əsasnaməni hazırlayıb.
Türkiyədəki Aksaray Universitetinin beynəlxalq münasibətlər üzrə dosenti Ziya Abbas deyir ki, son zamanlar Suriya cəbhəsində baş verən hərəkətlilik, müxaliflərin irəliləməsi siyasi qüvvələri də hərəkətə keçirib: “Son iki ay ərzində Əsəd rejiminin İdlib və Tədmur kimi önəmli bölgələrdə İŞİD və ən-Nusranın hücumları qarşısında geri çəkilməsi rejimin sonunun yaxınlaşdığına işarə kimi qiymətləndirilir. Bu səbəbdən də İran İraqdan Əsəd qüvvələrinə dəstək məqsədi ilə 20 minə yaxın əlavə silahlı qüvvə göndərib.
Müxalifət isə Əsədin sonunun çatdığını düşünür. Hazırda Suriyanın yalnız 25 faizi Əsəd hökumətinin nəzarəti altındadır. Bu baxımdan da hazırda müxalifət qarşıdakı günlərdə Əsədin devriləcəyi təqdirdə başlayacaq yeni prosesə hazırlıqlı olmaq istəyir. Müxalif qruplar öz aralarında yeni rejimin forması, kimlərin təmsil olunacağı və necə bir strategiyaya sahib olacağı, nəhayət Əsədin tez bir zamanda getməsi üçün nələri edə biləcəyini düşünür”.
Z.Abbas deyir ki, hazırda davam edən hücumlar və cəbhədə verdiyi itkilərin qarşısında Bəşər Əsədin mövqeləri xeyli zəifləyib: “Xüsusən də son olaraq verdiyi itkilərdən sonra Bəşər Əsədin durumu çox mürəkkəbdir. Tezliklə devrilməsə də, yəqin ki, Suriyanın sahilboyu ərazilərinə çəkilər və oradakı məlum bölgədə möhkəmlənə bilər. Ancaq Qahirə toplantısının qərarından da göründüyü kimi, müxaliflər B.Əsədin tezliklə getməyəcəyini bilirlər. Bundan başqa İran və İraqdan gələn dəstək Suriyada cəbhədəki vəziyyəti dəyişə bilər.
Məsələ ondadır ki, müxaliflər böhranın savaşla həll olunmayacağını bilir, ancaq eyni zamanda yeni mərhələdə Əsədin olmasını da istəmirlər. Bunun üçün də görünən odur ki, toqquşmalar qarşıdakı dövrdə davam edəcək. Ancaq bir həqiqət var ki, bundan sonra artıq Əsəd Suriyanı təkbaşına idarə edə bilməyəcək. Hətta bu günün özündə belə hökumət tərəfdarı qüvvələr savaşmaq üçün əsgər tapa bilmirlər. Yəni görünən odur ki, Əsədin hakimiyyətdə qalması üçün ancaq İran və Hizbullahdan dəstək alması lazımdır. Əks halda hakimiyyətini təhvil verməli və ya Suriyanın şimal-qərbindəki ata yurduna çəkilməlidir”.
Lakin bütün bunlara baxmayaraq Z.Abbasın fikrincə, Suriya hakimiyyəti hələ uzun müddət müqavimət göstərəcək: “Bir qədər əvvəl İran İnqilab Keşikçiləri Korpusunun generalı Qasim Süleymani hökumətə güclü dəstək verməsi mühüm əhəmiyyət kəsb edir. Ancaq nəzərə almaq lazımdır ki, müxaliflərə də güclü dəstək var. Misal üçün Amerika kimi güclər mülayim müxalifət deyilən qüvvələrə təlim və təchizat ayırır. Onlara hərbi yardım edilir, silahlandırılıb döyüşə göndərilir. Mənə elə gəlir ki, Əsəd İran və Hizbullah sona qədər savaşacaq. Müxaliflər Əsədin getməsi üçün həmfikirdilər, ancaq Əsəddən sonra nə edəcəkləri ilə bağlı dəqiq fikirləri yoxdur. Yəni istənilən halda Suriyada bu vəziyyət hələ bir müddət davam edəcək”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Lukaşenko da Bakıya gəlir

Next Post

MHP-dən geriyə addım- koalisiya ola bilər…

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

MHP-dən geriyə addım- koalisiya ola bilər…

Elmar Qasımova Azərbaycan bayrağı təqdim olunub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.