"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Məcburi köçkünlər danışıq yox, müharibə istəyir

07 Avqust 2014 - 14:55
in CƏMİYYƏT

Sərvan Mehdiyev: “Biz Qarabağ uğrunda öldürməyə hazırıq”img1478339

Qarabağ bölgəsində baş verən son olaylar illərdir ağır şəraitdə yaşayan məcburi köçkünlərdə yenidən öz yurd-yuvalarına qayıtmaq ümidi yaradıb. Dövlət məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdığını, onlar üçün hər cür şəraitin yaradıldığını desə də, diqqətdən kənarda qalanlar da kifayət qədərdir. Elə biz də diqqətdən kənarda qalan məcburi köçkünlərin şəraitləri və baş verən son olaylara münasibətlərini öyrənmək üçün Dərnəgül qəsəbəsində  yerləşən məcburi köçkün yataqxanalarına yollandıq.
Sakinləri Dağlıq Qarabağdan və işğal olunmuş ətraf rayonlardan olan bu yataqxananın miskin görkəmi elə ilk baxışdan diqqəti çəkirdi. Bina qəzalı vəziyyətdə idi.
Ancaq bütün bu ağır şəraitə baxmayaraq, Qarabağda baş verən son olaylar insanlarda sanki bir ümid, əzmkarlıq yaratmışdı. Acınacaqlı həyat yaşayan bu insanlar ötənlərə, müharibədən qabaqkı günlərə qayıdanda sifətlərində ani də olsa xoş bir təəssürat oyanırdı.
Yataqxananın içərisinə daxil olmadan əvvəl yolumuzu elə bu yataqxanaların qarşısında yerləşən “Qaçqın bazarı”ndan saldıq.  Bazarda Qarabağda baş verənləri diqqətlə izlədiklərini deyən qarabağlılar yüksək vətənpərvərlik əhval-ruhiyyəsində idilər. Hətta baş verənləri eşidən kimi bir qrup gənc cəbhə xəttinə getmək üçün toplaşıb. Suriyaya döyüşməyə getməyə hazırlaşan bir gənc də fikrindən daşınıb, Qarabağa döyüşməyə getməyə hazırlaşdığını deyib. Həmin gənci görə bilməsək də hər halda, onun dostları bu sözü deyir.
Əmisi oğlunun Tərtərdə şəhid olduğunu bildirən Füzuli rayonundan olan məcburi köçkün Rəşad Quliyev artıq dözümlərinin qalmadığını deyir: “Heç kim istəməz ki, müharibə olsun. Amma artıq bıçaq sümüyə dirənib. Yavaş-yavaş ölməkdənsə, bir dəfəlik ölmək yaxşıdır. Mən 6 yaşımdan Füzulidən çıxmışam. Müharibə olarsa, getməyə hazıram. Hansısa ölkədə gedib döyüşməkdənsə, Qarabağa gedər, erməniləri öldürərəm. Müharibə olmalıdır. Biz müharibəni bizdən sonrakı nəslə qoyub getməməli, şəhidlərimizin qanını yerdə qoymamalıyıq. Əgər danışıqlar getsə və yenə də atəşkəs elan edilsə, onda belə çıxacaq ki, biz boşuna şəhid verdik. Biz bununla razılaşmayacağıq”.
R.Quliyev öz yurd-yuvasına qayıtmaq, oradakı evini tikmək və alverini öz torpağında etmək arzusunda olduğunu bildirdi.
Bu məqamda söhbətə qatılan Ağdam rayonundan olan məcburi köçkün Elçin Həsənov da atası kimi şəhid olmağa hazır olduğunu bildirdi. Atasını xatırlayaraq gözləri dolan bu gənc öz torpaqlarına qayıtmaq istədiyini deyir: “Atam 1992-ci ildə Ağdamda şəhid olub. Şəhid oğlu olmaq mənim üçün böyük şərəfdir. Müharibə olmasını istəyirəm. Çünki artıq 20 ildən çoxdur ki, şəhidlərimizin ruhu sızıldayır. Biz onların qanını yerdə qoymuşuq. Mən öz doğma yurdumda Ağdamda yaşamaq, yaşlanmaq istəyirəm”.
Bazarda olan və ətrafımıza toplaşan bütün gənclər, hətta yaşlı insanlar belə döyüşə getməyə hazır olduqlarını və hərbi səfərbərlik elan edilməsini gözlədiklərini deyirdilər. Orduya güvəndiyini deyən sakinlər bu dəfə çox ümidli idilər.
“Mən ölmək yox, öldürmək istəyirəm” deyən keçmiş Qarabağ döyüşçüsü Sərvan Mehdiyev isə artıq səbir kasasının dolduğunu dedi: “Xarici ölkələrin heç birindən bizə fayda yoxdur. 20 ilin üstündən bir 20 il də keçəndən sonra ermənilər deyəcək ki, Qarabağ bizimdir. Mən keçmiş bir döyüşçü kimi demək istəyirəm ki, müharibəsiz torpaqlarımızı ala bilməyəcəyik. Biz Qarabağ uğrunda ölməyə yox, öldürməyə hazırıq. Bizə heç kim torpaq verməyəcək. 45 yaşım var, məni müharibəyə səhər çağırsalar, heç düşünmədən gedərəm. Bizim torpaqlarımız alınsın, öz yurd-yuvalarımıza qayıdıb hər şeyə sıfırdan başlamağa hazırıq. Aparsınlar bizi öz torpaqlarımıza, başqa heç nə istəmirik. Evlərimizi də özümüz tikəcəyik, yaşıllığı da özümüz yaradacağıq. Yetər ki, torpaqlarımıza qayıdaq. Deyirlər ki, ayın 8-i prezident gedib Ermənistanın prezidenti ilə söhbət edəcək. Nə söhbəti axı?! Söhbət məsələsi artıq qurtarıb. 20 ildir ki, söhbət edirlər. Gedib vuruşmaq lazımdır, bizə qıraq bucağın da köməyi lazım deyil. Elə qarabağlılar öz torpağını almağa hazırdır. Bir dənə hə desin, biz gedək, 10 dəqiqəyə orada olarıq və torpağımızı alıb elə qayıdarıq”.
Yaşayış şəraitindən danışan S. Mehdiyev deyir ki, 6 nəfərlik ailə üzvü ilə illərdir ki, bir otağa sığınıb. Yataqxananın bir dəfə yandığını və dəfələrlə elektrik cərəyanının qısaqapanması nəticəsində partladığını deyən məcburi köçkün bu binada yaşamağın çətin olduğunu dedi: “Bina qəzalı binaların siyahısındadır. Amma nə olsun ki, gəlib baxan yoxdur. Dövlət də bilir ki, bura təhlükəlidir və bizi başqa yerə köçürməlidirlər. Gərək bina çökə, millət qırıla, ondan sonra başa düşələr ki, təhlükə var?! Qırılmaq qırılmaqdırsa, gedib Qarabağda döyüşdə qırılaq. Heç kimə də binanın vəziyyəti haqda müraciət etməmişik. Çünki heç bir faydası olmayacaq. Göz görür, ağıl kəsir. Yalandan deyirlər ki, qaçqınlara, yataqxanalara baxırlar. Baxılan qaçqın, bina belə olur?!”
Binanın qaranlıq dar koridorları və kəskin nəmişlik iyi burada yaşayanların vəziyyətinin nə dərəcədə acınacaqlı olduğunu göstərirdi. Elə koridorda yemək bişirən Sədaqət xanıma yaxınlaşıb vəziyyətlə maraqlanırıq. Sədaqət xanım deyir ki, 5 nəfər ailə üzvü ilə 1 otağa sığınıb. 2 oğlu olduğunu deyən qadın onları ev dərdinə görə evləndirə bilmədiyini deyir. Otaq kiçik olduğu üçün mətbəxini koridora köçürən qadın artıq illərdir ki, bu vəziyyətdə yaşayır. Ağdam məcburi köçkünü Marina Əhmədova yataqxanada iki az yaşlı uşaq böyütdüyünü dedi: “Hamam və ayaqyolu ümumidir. Yataqxana rütubətlidir. Mən bu balaca yerdə iki azyaşlı uşaq böyüdürəm. Burada böyüyən uşağın nə sağlamlığı, gələcəyi ola bilər?! Torpağımızı versinlər, çıxıb gedək. Binanın bir tərəfi köçür. Güclü zəlzələ olsa bina çökəcək. Heç kim baxmır, maraqlanmır”.
Burada sanki əzab-əziyyətlər balaca uşaqları belə vaxtından əvvəl böyüdüb. Yataqxanadan ayrılarkən bir neçə nəfər uşağın düzülüb “biz Qarabağı, heç görmədiyimiz evimizi istəyirik” deməsi isə çox təsirli idi.
 
Günel MANAFLI
Fotolar müəllifindir








Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiya Azərbaycana uçuşları qadağan etdi

Next Post

Mikayıl Cabbarov Misir Mərdanova qarşı

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Mikayıl Cabbarov Misir Mərdanova qarşı

"Saakaşvili çox axmaqlıqlar edib"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.