
CHP lideri Kemal Kılıçdaroğlu koalisiyaya getmək üçün əsas şərtlərini açıqlayıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Kılıçdaroğlu baş nazir olmasını tələb kimi ortaya qoyacaq. Partiya lideri koalisiya seçimləri üçün iyunun 15-də partiyanın məclisini toplayacaq.
Əsas tələblər:
Kılıçdaroğlunun iki il baş nazir olması;
TBMM-ə sədrliyin CHP-yə tapşırılması;
Koalisiyada “böyük, kiçik, orta” bölgülərin olmaması, nazir postlarının bərabər sayda paylaşılması;
Ədliyyə, Daxil İşlər, Mili Təhsil Nazirliklərinin CHP-ə buraxılması;
17-25 dekabr rüşvət əməliyyatı ilə bağlı sənədlərin Məclisdə açılması. 4 eks nazirlə bağlı instintaq komissiyasının yaradılması;
Lazım gələrsə, Məclis rəhbərliyi MHP-yə, bəzi komitələrə rəhbərliklər HDP-yə buraxılacaq və sair kimi tələblər irəli sürülüb.



