"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yol polisinə lüğət paylanıb – əcnəbilərlə ünsiyyət üçün

12 İyun 2015 - 17:08
in XƏBƏR LENTİ

Yol polisinə lüğət paylanıb - əcnəbilərlə ünsiyyət üçün

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Jurnalistika və İnkaşaf Mərkəzi Bakıda 700 DYP əməkdaşına Azərbaycan-İngilis dilində sadə lüğət kitabı paylayıb
«Jurnalistika və İnkişaf Mərkəzi» İctimai Birliyi Bakıda 700-dən çox yol polisi əməkdaşına Azərbaycan-İngilis dilində sadə lüğət kitabçası paylayıb. Bu barədə məlumat verən təşkilat sədri, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı deyib ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən «Yol polisi-sürücü münasibətlərinin araşdırılması, problemlər və perspektivlərin müəyyənləşdirilməsi, qanunların təbliği» adlı layihə uğurla davam etdirilir. Layihənin ilkin mərhələsində nəzərdə tutulan lüğət kitabçası sırf yol polislərinə aiddir. Burada da məqsəd odur ki, DYP əməkdaşları ölkəmizdə keçirilən İlk Avropa Oyunlarında iştirak edən xarici vətəndaşlarla rahat şəkildə ünsiyyət qura bilsinlər: «Bu kitabçada yol polislərinə aid terminlər çoxdur. Məsələn, yol polisi özünü necə təqdim etməlidir, istiqaməti necə başa salmalıdır, xarici vətəndaş tərəfindən törədilən inzibati xətanı necə izah etməlidir və s. məqamları rahatlıqla izah etmək mümkündür. Çünki cümlələr tam şəkildə yazılıb və qarşısında da tərcüməsi qeyd olunub. Rütbələr, aylar, günlər, vaxt və digər məsələlərlə bağlı bilgilər də var. Ümumiyyətlə, bu kitabça vasitəsilə bir az savadı olan istənilən şəxs ingilis dilini bilən şəxslə rahatlıqla ünsiyyət qura bilər. Biz layihədə 300 kitabça nəzərdə tutulmasına baxmayaraq, öz imkanlarımız daxilində 500 ədəd çap etdirdik. Lakin sonradan məlum oldu ki, Bakı şəhərinə Avropa Oyunları ilə bağlı bölgələrdən də yol polisi əməkdaşları cəlb olunub. Bu üzdən, əlavə olaraq 200 ədəd də çap etdirməli olduq. Artıq kitabçaların hamısı şəxsən mənim və təşkilat üzvlərənin iştirakı ilə yol polisi əməkdaşlarına paylanılıb. Yol polisləri bu işimizi çox bəyəndilər».
Elməddin Muradlı bildirib ki, son günlər Bakıda apardığı müşahidələr əsasında yol polislərinin bu kitabçaya maraqla yanaşdığı ortaya çıxıb: «Özüm yaxınlaşıb soruşuram, məlum olur ki, kitabçanı maşında gəzdirirlər, bəzi əməkdaşlar 5-10 dəqiqə boş vaxt tapan kimi açıb oxuyurlar. Ümid edirik ki, bu kitabça yol polisi əməkdaşları üçün faydalı olacaq. Əsas odur ki, onların da öyrənməyə marağı və həvəsi olsun. Düşünürük ki, gələcəkdə yol polislərinin xarici dilləri daha dərindən öyrənməsi üçün geniş və davamlı layişələrə ehtiyac var».

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Putin Bakıya uçmazdan az əvvəl: “Bizi öz köklərimizdən heç kim ayıra bilməz”

Next Post

Vladimir Putin Bakıda…

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Vladimir Putin Bakıda...

Kriştiano Ronaldo İrəvanda saxlanıldı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.