"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Zeynal Nağdəliyevlə “toqquşan” 21 yaşlı gənc öldü!!!

07 Avqust 2014 - 15:04
in Kateqoriyasız

Prezident Administrasiyasının rəhbər müavininin düşdüyü qəza faciə iləZeynal_Nagdaliev_060513 bitdi; dövlət rəsmisini yaralı vəziyyətdə helikopterlə təcili Bakıya gətirdilər; daha ağır vəziyyətdə olan vətəndaşı isə taleyin ümidinə buraxdılar – o da dünyasını dəyişdi

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Prezident Administrasiyasının yüksək rütbəli məmurlarından olan Zeynal Nağdəliyev avtomobil qəzasına düşüb. Hadisə avqustun 5-də axşam saatlarında Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Kürdəmir sakini, 1993-cü il təvəllüdlü Cəbiyev Nazim Tofiq oğlunun idarə etdiyi “VAZ 21015″ markalı minik maşını qarşı tərəfdən gələn Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məxsus ”BMW” markalı xidməti maşınla toqquşub. Hadisə nəticəsində “BMW” markalı xidməti maşında olan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Zeynal Nağdəliyev və “VAZ 21015″ markalı avtomobilin sürücüsü, 21 yaşlı Nazim Cəbiyev müxtəlif bədən xəsarətləri alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan verilən məlumata görə, çənə və alın nahiyəsindən müxtəlif xəsarətlər alan Z. Nağdəliyev helikopterlə Bakıya  gətirilib.
“Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, ölkənin rəhbər heyəti avqustun 5-dən başlayaraq cəbhə xəttinə yollanmaqda idi. 6 avqustda orada prezidentin də iştirakı ilə dövlət ərkanının tədbirləri olmalı idi. Z. Nağdəliyev də bu məqsədlə  Ağdama gedirmiş.
Z.Nağdəliyevin oturduğu maşınla toqquşan “VAZ- 21015″in sürücüsü, Kürdəmir rayonunun Qarabucaq kənd sakini 21 yaşlı Nazim Cəbiyevin durumu isə ilk andan etibarən ağır idi. Musavat.com-un məlumatına görə, Z. Nağdəliyevdən daha  ağır vəziyyətdə olmasına baxmayaraq, onu deyil, dövlət rəsmisini Bakının ən yaxşı xəstəxanasına yerləşdirmək insanlıqdan yoxsulluq sayılmalıdır. 21 yaşlı bir gənci əzib keçmək, onu ağır yaralamaq, daha sonra isə taleyin ümidinə tərk etmək, onun ölümünə bais olmaq cənab Nağdəliyevin vicdanında daim bir ləkə olaraq qalacaq. Rəsmi məlumatlarda hələlik qəzaya kimin səbəb olması deyilmir. Lakin görünən budur ki,  günahı da ölənin boynuna qoyacaqlar.
Musavat.com onu da vurğulayır ki, administrasiya rəhbərinin müavininin maşını ilə toqquşan gəncin ölməsi sosial şəbəkələrdə etirazlarla müzakirə olunur. “Yüngül yaralını Bakıya helikopterlə gətirdilər, ağır yaralı vətəndaşı rayonda, şəraitsiz xəstəxanada öldürdülər”, deyə bəziləri yazır.
Bu iradda ciddi həqiqət var. Ölkə vətəndaşına bunca sayğısızlıq dövlət adamına, rəsmi qurumlara yaraşan sifət deyil. Gənc bir həyat heç nədən söndü getdi! Əgər onu da vaxtında Bakıdakı yüksək səviyyəli xəstəxanalardan birinə gətirsəydilər, bəlkə də Nazim Cəbiyevin həyatını xilas etmək mümkün olacaqdı…
Musavat.com
Tags: HADİSƏ MANŞET
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Saakaşvili çox axmaqlıqlar edib”

Next Post

Qarabağ, eqo, qürur hissi…

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post

Qarabağ, eqo, qürur hissi…

BQXK əməkdaşları Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.