"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakı-2015 açılış mərasimi dünya mediasında

13 İyun 2015 - 14:07
in XƏBƏR LENTİ

Bakı-2015 açılış mərasimi dünya mediasında

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bakı-2015 birinci Avropa Oyunlarının açılış mərasimi müxtəlif beynəlxalq media qurumlarında da işıqlandırılıb.
Axar.az xəbər verir ki, mərasimi canlı olaraq yayan TV-lərlə yanaşı, internet media da bu böyük mərasimə yer ayırıb.
BBC Avropa Oyunlarından xüsusi fotoreportajla verilən xəbərdə mərasimin möhtəşəm keçdiyini qeyd edib:
“Azərbaycanın paytaxtı Bakıda Ledi Qaqanın iştirakı ilə birinci Avropa Oyunlarının açılış mərasimi baş tutub. Bu multi-idman yarışında 6000-dən çox idmançı yarışacaq. Avropa Olimpiya Komitələrinin rəhbəri Patrik Hikki açılış mərasimini “tarixi an” adlandırıb.
Açılışda Azərbaycan mədəniyyətinin müxtəlif sahələri təqdim olunub. Şouda təmsil olunan ən parlaq obrazlar arasında yunan allahı Zevs, böyük öküz və eləcə də, havada dənələnən iri nar diqqət çəkib.
Ledi Qaqa çiçəklərlə bəzədilmiş pianosu ilə Con Lennonun “İmeycn” mahnısını ifa edərək hər kəsə təəccübləndirib.
Tədbirin açılışında qonşu prezidentlər – Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da iştirak edib.
Parad zamanı ilk dəfə olaraq Kosova idmançıları öz bayraqları ilə çıxış ediblər.
Avropa Olimpiya Komitələri ümid edir ki, Birinci Avropa Oyunları dünya idman təqvimində əsas hadisəyə çevriləcək”.
Ukrayna mediası (“sport bigmir”) Birinci Avropa Oyunlarının açılışından fotoreportaj  hazırlayıb.
Sayt Birinci Avropa Oyunlarının açılış mərasiminin heç də Olimpiya Oyunlarının təntənəli tədbirlərindən fərqlənmədiyini qeyd edib:
“Açılış tədbirində izləyicilərə möhtəşəm teatr şousu, alovun estafeti, Ledi Qaqanın ifasında Lennonun “İmeycn” mahnısı və təbii ki, iştirakçıların paradı təqdim olundu. Tədbir böyük atəşfəşanlıqla başa çatdı”.
Gürcüstanın bir neçə media orqanı tədbirin açılışını işıqlandırıb. Qeyd olunub ki, Azərbaycanın paytaxtı Bakı şəhərində Olimpiya Stadionunda birinci Avropa Oyunlarının açılış mərasimi keçirilib: “Şou-proqramla start götürən tədbirdə Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Ərdoğan və digər ölkə rəhbərləri iştirak ediblər.
Tədbiri Murad Dadaşov və Hüsniyyə Məhərrəmova aparıb. Bu il Azərbaycanı Avroviziya mahnı müsabiqəsində təmsil edən Elnur Hüseynov da tədbirin açılışında yer alıb.
Tədbir Azərbaycan milli mədəniyyətinin və musiqisinin tərənnümü ilə davam edib: “Sarı gəlin” mahnısı səsləndirilib və Azərbaycanın muğam ustası Alim Qasımov milli musiqi ansamblının müşayiəti ilə oxuyub”.
Açılış mərasimi Rusiya mətbuatında da əksini tapıb. Rusiyanın bir neçə nüfuzlu saytı, o cümlədən “Rosbalt.ru” tədbir haqda ətraflı reportaj hazırlayıb:
“Azərbaycanda Olimpiya Stadionunda birinci Avropa Oyunlarının açılışı baş tutub. Açılış gecəsi dünyanın nadir səslərindən biri, YUNESKO-nun  Beynəlxalq Musiqi Mükafatı sahibi Alim Qasımovun ifası ilə start götürüb. “Ritm” qrupunun müşayiəti ilə davam edən möhtəşəm şouda dünya şöhrətli ulduz Ledi Qaqa da çıxış edib.
Tədbir boyu böyük ekranlarda Azərbaycanın müxtəlif regionlarının təsvirindən ibarət videoroliklər nümayiş olunub.
Açılışda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Avropa Olimpiya Komitəsinin rəhbəri Patrik Hikey nitq söyləyib.
Tədbir möhtəşəm atəşfəşanlıqla və Azərbaycan milli musiqisi olan Yallı sədaları altında sonlanıb”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Putin: “Bizi kimsə öz köklərimizdən qoparıb təcrid edə bilməyəcək”

Next Post

“Euronews” kanalı Bakı-2015-in açılışına niyə diqqət ayırmadı?

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

"Euronews" kanalı Bakı-2015-in açılışına niyə diqqət ayırmadı?

Birinci Avropa Oyunlarının ilk qalibi müəyyənləşib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.