
Azərbaycanın 4 yunan-Roma güləşçisi bu gün Avropa Oyunlarında ölkəmizə medal qazandırmaq üçün yarışacaqlar.
Trend xəbər verir ki, “Bakı 2015” Birinci Avropa Oyunları çərçivəsində yunan-Roma güləşi üzrə yarışların ikinci günündə Heydər Əliyev adına İdman Sarayında 4 idmançımız yarışacaq.
İlk olaraq xalça üzərinə təsnifat yarışından 66 kq çəki dərəsində Həsən Əliyev çıxıb. O, Gürcüstandan olan Saçino Davitaya ilə üzləşib. Təmsilçimiz 4:2 hesabı ilə qalib gələrək 1/8 finala vəsiqə qazanıb.
Bundan başqa bu gün xalça üzərinə 75 kq-da Elvin Mürsəliyev, 85 kq-da Saman Təhmasibi, 130 kq-da Sabah Şəriəti çıxacaqlar.
Qeyd edək ki, yarışların ilk günündə güləşçilərimiz bir dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş və Elman Muxtarov (59 kq) bürünc medala sahib olub.



