Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin
əməkdaşları Azərbaycanda saxlanılan bir erməni əsir və 5 mülki şəxsə baş çəkiblər. Bu barədə SİA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
əməkdaşları Azərbaycanda saxlanılan bir erməni əsir və 5 mülki şəxsə baş çəkiblər. Bu barədə SİA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Onun sözlərinə görə, başçəkmə avqustun 6-da həyata keçirilib. Saxlanılan şəxslərə ailə məlumatları ötürülüb və eyni qaydada, ailə məlumatları alınıb.
Qeyd edək ki, Azərbaycanda saxlanılan Ermənistan vətəndaşları Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər. Onlar üçüncü ölkəyə göndərilmək arzularını bildiriblər.



