Fransanın www.francsjeux.com idman saytında “Bakı tarix yazdı” başlıqlı məqalə dərc olunub.
“Bütün Azərbaycan xalqı İlk Avropa Oyunlarına dəstək verdi”
AİM.az xəbər verir ki, yazıda İlk Avropa Oyunlarının açılışdan və mahiyyətindən söz açılır. Məqalədə bildirilir ki, bu yarış tarixdə qalacaq:
“Fikir verin, Afrika ölkələri özləri üçün Afrika Oyunları, Asiya ölkələri, Asiya Oyunları, Amerika isə PanaAmerika oyunları təşkil edir. Avropa ölkələrində isə belə bir yarış keçirilmirdi. Lakin sonradan bununla bağlı təşəbbüs gündəmə gəldi və onun təşkili Azərbaycana həvalə olundu. Prosesləri üzərinə götürən Bakı işlərin öhdəsində lazımca gəldi. Artıq sinxron üzgüçülük üzrə yarışlara start verilib. Əlbəttə, burada milli səfərbərlik də çox mühüm rol oynadı. Bütün Azərbaycan xalqı buna dəstək verdi”.
Yarışa 150 Olimpiya, 200-ə yaxın dünya çempionu qatılması Oyunların çox böyük önəmə malik olmasının göstəricisidir”
Oyunların əhəmiyyətinə diqqət çəkən müəllif bildirir ki, yarışa 150 Olimpiya, 200-ə yaxın dünya çempionu qatılıb:
“Onlar da Bakıda adlarını tarixə salmaq istəyirlər. Əlbəttə, bütün bunlar Oyunların çox böyük önəmə malik olmasının göstəricisidir”.
Asif MEHMAN ,
Aim.az



