"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Almaniya millət vəkili: “Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır” – MÜSAHİBƏ

07 Avqust 2014 - 15:49
in ÖNƏMLİ
Almaniya Federativ Respublikası Bundestaqının Xristian-Sosialist İttifaqıb25d6ecbdce5800e45dea8d703e21654 Fraksiyasının üzvü Tobias Zeç (Tobias Zech) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fikrilərini açıqlayıb. APA Avropa Azərbaycan Cəmiyyətinə istinadən T. Zeçin müsahibəsini təqdim edir.

 

– BMT Təhlükəsizlik Şurası Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalını pisləyib və qətnamələrində bunu beynəlxalq hüquq pozuntusu adlandıraraq Ermənistan qoşunlarının dərhal bölgədən çıxarılmasını tələb edib. Almaniyanın beynəlxalq ictimaiyyətin qərarlarına münasibəti necədir?

– Artıq iyirmi ildən artıqdır ki, Ermənistan beynəlxalq hüququ pozaraq Dağlıq Qarabağı işğal altında saxlayır. Bu siyasət BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə ziddir. Buna görə də, Avropa ictimaiyyəti mövcud status-kvonu qəbul edə bilmir. Odur ki, Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymalıdır.

– Bir milyona yaxın azərbaycanlı Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz vətənlərində məcburi köçkünə çevrilib. Almaniya Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının iştirakçılarından biri olan ölkənin ərazi bütövlüyü probleminə, onun məcburi köçkün və qaçqınlarının hüquqlarına necə münasibət bəsləyir?

– Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin ciddi təsiri aşağıdakı mülahizə vasitəsilə təsvir edilə bilər: Əgər hər bir ölkə müəyyən tarixi səbəblərə görə qonşusunun ərazisinin bir hissəsinə iddialı olsaydı, onda bu, potensial ümumdünya münaqişəsinə gətirib çıxarardı.

Azərbaycan ilə Almaniya və daha geniş mənada götürsək, Qərb arasında olan siyasi və iqtisadi əməkdaşlıq, Azərbaycana onun hüquqlarının qorunmasında regional dəstəyi tam əks etdirirmi? Ermənistan tərəfindən işğal edilmiş ərazilərin qaytarılması və məcburi köçkünlərin geri qayıtması, bizim gələcəkdə ciddi şəkildə dəstəkləyəcəyimiz məsələlər sırasındadır. Bu kontekstdə “Avropa Qonşuluq Siyasəti” və “Şərqi Tərəfdaşlığı” yüksək səviyyədə əməkdaşlıq üçün vacib alətlərdir. Biz bu alətləri gələcəkdə inkişaf etdirməli və mövcud əməkdaşlıq formalarından daha çox bəhrələnməliyik. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın birtərəfli elan edilməsi hələ də beynəlxalq ictimaiyyət tərəfindən tanınmır. Bizim mövqeyimizdə dəyişiklik yoxdur. Bu kontekstdə Avropa İttifaqı 2010-cu ildə Dağlıq Qarabağda keçirilmiş “parlament seçkiləri”ni qanunsuz hesab edib. Bir daha təkrar edirəm: ikitərəfli əməkdaşlığın inkişafı üçün mövcud olan bütün vasitələrdən istifadə edilməlidir.

– Bu yaxınlarda 3 Azərbaycan vətəndaşı Ermənistan tərəfindən işğal edilmiş rayonda əsir götürülüb və onlardan biri qətlə yetirilib. Bu təxribatdan bir neçə gün sonra 10-dan artıq Azərbaycan əsgəri Ermənistan qoşunları tərəfindən öldürülüb. Bu kontekstdə hazırkı durumu necə qiymətləndirərdiniz?

 – Son zamanlar qoşunların təmas xəttində gərginliyin və toqquşmaların artması, belə desək, “dondurulmuş” münaqişənin kövrəkliyini göstərir. Əslində, biz intensivləşən bir münaqişənin şahidi oluruq. Bu isə təmas xəttində beynəlxalq monitorinqi təhlükəyə çevrilir. Odur ki, ATƏT mühüm bir vasitəçi olaraq Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün beynəlxalq hüququn mərkəzi prinsipləri əsasında formalaşdırılmış “Madrid prinsipləri”nin irəli çəkilməsini gücləndirməlidir. Mən təkrar edirəm: buraya həmçinin, Ermənistan tərəfindən işğal edilmiş rayonların qaytarılması və bütün qaçqın və məcburi köçkünlərin geri qayıtması məsələsi daxildir. Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, biz Ermənistan işğalçı qüvvələri tərəfindən gərginliyin yenidən artırılmasını pisləyirik.

Bunu da oxuyun

Kəlbəcərin Baş planı təsdiqləndi

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Misir Mərdanov Mikayıl Cabbarovun ittihamlarına cavab verdi

Next Post

Komitə sədrlərinin keçmişi: Onlar əvvəl kim idilər?

Bənzər yazılar

Kəlbəcərin Baş planı təsdiqləndi

Kəlbəcərin Baş planı təsdiqləndi

02 May 2024 - 10:35

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib.  Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

01 May 2024 - 15:37

Xarici işlər naziri Ceyhun Bayramov UNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramosla BMT-nin İqlim Dəyişikliyi üzrə...

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

23 Aprel 2024 - 12:42

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin...

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

17 Aprel 2024 - 16:39

Bank sahəsi üzrə aparılan son araşdırmalara görə bankların faiz dərəcələri 9.5%-26% aralığında müəyyən edilib. Vətəndaşlar faiz dərəcələrin yüksək olma səbəbini...

Next Post

Komitə sədrlərinin keçmişi: Onlar əvvəl kim idilər?

700 bal yığan tələbələr xaricdə oxuyacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.