"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Komitə sədrlərinin keçmişi: Onlar əvvəl kim idilər?

07 Avqust 2014 - 15:52
in MARAQLI

Bunu da oxuyun

Yer səthinin altında nəhəng okean aşkar edilib

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

İlk iş yeri və ilk maaş heç vaxt unudulmur. İstər prezident olasan, istər nazir, img1614768istərsə də adi vətəndaş…
AzVision.az məşhurların “İlk iş yerləri” adlı rubrikanı davam etdirir. Bu dəfə dövlət komitələrinin sədrlərinin ilk işlərindən bəhs edəcəyik.
Maraqlıdır ki, hazırda komitələrə rəhbərlik edən komitə sədrlərinin ilk işləri nə olub?
Başlayaq Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə yenicə sədr təyin olunan Mübariz Qurbanlıdan.

Kənd məktəbində müəllim…

Azərbaycan Dövlət Universitetinin (Indiki Bakı Dövlət Universiteti –red) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1978-ci ildən Şəmkir rayon Koltəhnəli kənd orta məktəbində müəllim işləyib. Daha sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllimlik fəaliyyətini davam etdirib.
Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Hüquqşünas Aydın Əliyev

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev həmkarından fərqli olmayaraq, əmək fəaliyyətinə 1979-cu ildə Azərbaycan Dövlət Universitetində müəllim vəzifəsindən başlayıb.
2006-cı ilin fevral ayından Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışır.

Həm müəllim, həm də komitə sədri…

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 1977-ci ildə Bakı Dövlət Universitetinin tarix fakultəsini bitirib. 1977-ci ildən 189 saylı orta məktəbdə müəllim fəaliyyətinə başlayıb, paralel olaraq Bakı Dövlət Universitetində siyasi tarix fənnini tədris edib. 2006-ci ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində fəaliyyət göstərir.

Ustalıqdan başlayan Nazim İbrahimov…

Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov 1980-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. 1985-1986-cı illərdə Naxçıvan Elektronika zavodunda sahə ustası kimi çalışıb.
2008-ci il noyabr ayının 19-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

“Qaçqınkom”ın usta sədri…

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov 1964-1969-cu illərdə Azərbaycan Neft və Kimya İnstitutunun mexanika fakültəsində təhsil alıb. İlk işinə 1969-cu ildə “Azərneftkimyaquraşdırma” Tresti Birinci Sumqayıt quraşdırma idarəsində usta kimi başlayıb.
1998-ci ilin noyabr ayından Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədridir.

Nazirlikdən komitə sədrliyinə…

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov 1970-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirərək, Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Eroziya bölməsində işləyib. 18 aprel 2001-ci il tarixində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri vəzifəsində çalışır.
Azərbaycan Dövlət Statistika Komitəsinin sədri vəzifəsi boşdur.
Qeyd edək ki, komitənin sabiq sədri Arif Vəliyev 2014-cü il iyunun 23-də Bakı şəhərində vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn edilib.

TQDK sədri laborant imiş…

2000-ci ildən Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışan Məleykə Abbaszadə
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hesablama riyaziyyatı və kibernetika fakültəsini bitirib. İlk əmək fəaliyyətinə baş laborant kimi başlayıb.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 1992-2000-ci illərdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində mütəxəssis vəzifəsindən şöbə rəisi vəzifəsinə kimi işləyib. 2009-cu il tarixindən Əmlak Məsələləri Dövlət Komitəsinin sədridir.

Keçmiş səfir…

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda təhsil alıb. İlk iş yeri SSRİ Xarici Ticarət Nazirliyi olub. 2008-ci ilin noyabrından Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədridir.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Azərbaycan Politexnik İnstitutu nu bitirib. İlk əmək haqqısını mühəndislikdən qazanıb. 2007-ci ildən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsində çalışır.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Almaniya millət vəkili: “Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır” – MÜSAHİBƏ

Next Post

700 bal yığan tələbələr xaricdə oxuyacaq

Bənzər yazılar

Yer səthinin altında nəhəng okean aşkar edilib

Yer səthinin altında nəhəng okean aşkar edilib

16 Aprel 2024 - 13:00

Alimlər Yer qabığında nəhəng okean aşkar ediblər. Oken planetimizin səthindən bir neçə yüz kilometr aşağıda yerləşir. Elchi.az bu barədə Theplanetstoday.com-a...

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

13 Aprel 2024 - 13:57

Dünyada rekordlar qıran Ginnesin Rekordlar Kitabı dünən 'dünyanın ən yaşlı birləşmiş əkizləri' rekorduna sahib olan Lori və Corc Şappelin 62...

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

27 Mart 2024 - 20:24

Hər il minlərlə turistin ziyarət etdiyi bu adada nə polis, nə qəbiristanlıq, nə işıq, nə içməli su, nə də kanalizasiya...

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

05 Mart 2024 - 11:21

Finlandiyalı mütəxəssislər hansı it cinslərinin aqressiv olduğunu öyrənmək üçün araşdırma aparıblar. Elchi.az Theplanetstoday.com-a istinadənm xəbər verir ki, onlar həmçinin növlərə...

Next Post

700 bal yığan tələbələr xaricdə oxuyacaq

Milli Qəhrəmanın İŞİD-ə qarşı “vuruşan” həkim oğlu - MÜSAHİBƏ

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.