
91 yaşında vəfat edən Süleyman Dəmirəl Türkiyə siyasətinin yaddaşında rəngli xarakteri ilə qalıb. Musavat.com Dəmirəlin siyasi tarixə möhür vurmuş sözlərini təqdim edir:
60-cı illər… Kıbrıs məsələsinə görə İngiltərə və Türkiyənin münasibətləri pisləşir. Həmin vaxt Süleyman Dəmirəl İngiltərəyə səfər edir. Səfərdən qayıdanda jurnalistlə Dəmirəl arasında belə bir dialoq olur:
– Niyə ingilis xarici işlər nazirinin əlini sıxdınız?
– Bəs harasını sıxaydım?
***
Dəmirəl baş nazir olanda… 12 ada barəsində Yunanıstanla Türkiyə arasında yenə problem baş verib, münasibətlər korlanıb, “qılınclar” çəkilib. Səhəri gün nazirlər kabineti toplanır, bayırda isə jurnalistlər gözləyir. İclasdan sonra jurnalist və Dəmirəl arasında gedən söhbət:
– Hörmətli baş nazir, Yunanıstan Egey dənizinin bir yunan gölü olduğunu iddia edir. Cavabınız nə olacaq?
– Egey türk gölü deyil. Egey bir yunan gölü də deyil. Egey ümumiyyətlə göl deyil!
***
Jurnalistin benzin qıtlığı barədə sualına isə Dəmirəl elə sualla da cavab verib: “Benzin var idi, bizmi içdik?”
***
Suyun, yoxsa benzinin daha mühüm olduğunu soruşan jurnalistə isə Dəmirəl belə cavab verib: “Təbii ki su. Benzini içmək olmaz, amma suyu içirik”.
***
Jurnalistlə Dəmirəlin daha bir sual-cavabı:
-Sizi baş nazir vəzifəsindən 6 dəfə endiriblər. Hələ də orda necə qalırsınız?
–Mən 6 dəfə getdimsə 7 dəfə gəldim.
***
Bir jurnalist Dəmirəldən “Qalatasaray”, yoxsa “Fənərbaxça” futbol klubuna azarkeşlik etdiyini soruşub. Dəmirəl isə “”Beşiktaş”ı niyə saymadın?” deyib.
***
Kırkkale vilayətində cəbbəxana fabriki partlayıb. Qəzet manşetlərində niyə tədbir görülmədiyi soruşulur. Dəmirəl isə öz üslubunda cavab verir: “Kimin ağlına gələrdi partlayacağı?”
***
Xalq mitinq edəndə Dəmirəlin reaksiyası qəribə olub: “Yeriməklə yollar xarab olmaz”.
***
Jurnalist: -Süleyman bəy, “dərin dövlət” nədir?
-Dərin dövlət normalın reysdən çıxmış halıdır.
***
Bir dəfə qışda PKK-nın atəşkəs elan etməsinə Damirəl bu cür reaksiya verir: “Qan tökən insanlar atəşkəs elan edirlərsə, buna yaxşı edirsiniz demək olmaz. Pis etdiniz də demək olmaz. Qan tökməyə davam edin də demək olmaz, bu yaxşı olmadı da demək mümkün deyil”.
***
Dəmirəl Bülət Ecevit haqqında isə bu sözləri deyib: “4 qaz versən, axşama üçünü itirib gələr”.
***
1978-ci ildə CHP türk dilini bilməyən müəllimlərə kurs keçərək təyinat verirdi. Dəmirəlin buna reaksiyası belə oldu: “40 gündə boranı yetişməz”.
***
Bir jurnalist Dəmirələ Türkiyənin mövcud durumunu bir sözlə ifadə etməsini istəyib. Dəmirəl: yaxşı…
Daha sonra davam edib.
– Amma iki kəlimə ilə ifadə etsəm – “yaxşı deyil”.
***
Unversitetə baş çəkən Dəmirəli solçu bir tələbə çətin vəziyyətə salmaq istəyib.
–Türkiyədə görülən hər işi öz adınızla bağlayırsınız…
–Sən harda qalırsan?
–Kadıköydə!
–Bax indi buraya hər gün gəlmək üçün üstündən keçdiyin körpü var ey…
–Bəli, var.
–Bax, onu mən tikdirmişəm!
***
Bir də Dəmirəlin bir məşhur sözü vardı: “Dünən dünəndir, bu gün isə bu gün”.



