"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

PKK-ya qoşulan azərbaycanlı tələbələr kimlərdir?

17 İyun 2015 - 19:04
in MANŞET

ssss“Qiymətləri olduqca aşağıdır və dərsə davamiyyətləri də zəifdir. Orada oxuyan digər azərbaycanlı tələbələr onların kürd əsilli tələbələrlə oturub-durduqlarını da deyirdilər. Heç azərbaycanlı tələbələrlə yaxınlıq etmirmişlər”

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Xaricdə təhsil alan tələbələrimiz qanunsuz silahlı birləşmələrə qoşulub, terroristə çevrilir, səsləri bir gün “Əl-Qaidə”dən, bir gün də PKK-dan gəlir. Bizim isə əlimizdən bunu səssiz seyr etməkdən başqa heç nə gəlmir. Kimdir bu tələbələr? Axı necə olur ki, bu tələbələrin axtarışı ilə bağlı görülən tədbirlər nəticə vermir? Onların sonrakı taleyi ilə heç kəs maraqlanmır, valideynlərin döymədiyi qapı qalmır, ancaq bir nəticə hasil olmur.

Qeyd edək ki, Türkiyədə təhsil alan 3 azərbaycanlı tələbənin terrorçu PKK silahlı dəstəsi sıralarına qoşulması xəbəri Azərbaycanda ciddi səs-küy doğurub. Şimali İraqda çəkildiyi iddia edilən videoçarxda PKK terrorçularının sıralarında döyüşən azərbaycanlıların bu ilin aprel ayında Türkiyədə yoxa çıxan 3 tələbə olduğu iddia edilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə bununla bağlı araşdırma apardıqlarını deyib:

“Bu barədə hələ bir söz deyə bilmərəm. Araşdırma aparırıq”.

Qeyd edək ki, bu ilin aprel ayında yoxa çıxmış azərbaycanlı gənclərin Yıldırım Beyazit Universitetinin tələbəsi Sənan Güləhmədov, Ankara Universitetində oxuyan Mobil adlı şəxs və Turqut Özal Universitetinin tələbəsi Məmmədhüseynin olduğu bildirilib.

Bu il iyunun 6-da “YouTube” sosial şəbəkəsində “Azəri gənclər PKK saflarında 1” adı altında özünü azərbaycanlı tələbələr kimi təqdim edən 3 şəxslə videomüsahibə yayılıb. Onlar PKK-ya xas olan geyimdədir, çiyinlərində “Kalaşnikov” avtomatı var. Videomüsahibədə gənclər Azərbaycandan olduqlarını, Türkiyə universitetlərində təhsil aldıqlarını və PKK-ya qoşulduqlarını təsdiq edir.

Onlar özlərini İldırım Bayazit Universitetinin tələbəsi Fərəməz Azəri, Turqut Özal Universitetinin tələbəsi Babək Hakır, Balıkesir Universitetinin tələbəsi Azad Mirkan kimi təqdim edir. Ehtimal etmək olar ki, hər üç şəxs ad və soyadını yanlış təqdim edib və ya özlərinə kod adı (şərti ad) seçiblər.

Maraqlıdır, tələbə gənclər təsir altına necə düşür? Azərbaycan vətəndaşları hansı yollarla bu qruplaşmalara qoşulur, onları ideologiya, yoxsa maddiyyat cəlb edir?

Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibovanın sözlərinə görə, PKK sıralarına qoşulduğu iddia edilən 3 azərbaycanlı tələbə özəl xətlərlə Türkiyədə oxumağa gəlib. Onların heç biri Təhsil Nazirliyinin xətti ilə Türkiyədə oxumağa getməyib:

“Bunlar Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər vasitəsilə attestatla Türkiyədə təhsil almağa gəliblər. Heç biri dövlət xətti ilə gəlməyib. Onların necə təhsil almaları, dərsə davamiyyətləri haqqında oxuduqları universitetlərdən məlumatlar almışam”.

N.Nəsibova tələbələrin dərsə davamiyyətinin yaxşı olmadığını vurğulayıb:

“Qiymətləri olduqca aşağıdır və dərsə davamiyyətləri də zəifdir. Orada oxuyan digər azərbaycanlı tələbələr onların kürd əsilli tələbələrlə oturub-durduqlarını da deyirdilər. Heç azərbaycanlı tələbələrlə yaxınlıq etmirmişlər”.

Məlumat üçün bildirək ki, sözügedən tələbələrin valideynləri Azərbaycanın Türkiyədəki Səfirliyinə müraciət ediblər. Bu barədə səfirliyin mətbuat müşaviri Elbəy Əliyev bildirib:

“Tələbələrdən Sənan Güləhmədov, Mobil Tağızadənin valideyinləri övladlarının yoxa çıxması ilə bağlı telefonla bizə müraciət ediblər. Biz də səfirlik olaraq Türkiyənin müvafiq qurumlarına müraciət ünvanlamışıq”.

Həmin tələbələrin məcburiyyət qarşısında PKK-ya qoşulması da istisna deyil

AİM.az-ın məlumatına görə, Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, politoloq Sülhəddin Əkbər hesab edir ki, tələbə gənclərin qanunsuz silahlı birləşmələrin təsir altına düşmə səbəbini müəyyən etmək üçün çox ciddi sosioloji araşdırma olmalı, həmçinin xüsusi xidmət orqanları və Təhsil Nazirliyi də bu istiqamətdə öz səylərini artırmalıdır:

“Ortada konkret araşdırma olmadığı üçün azərbaycanlı tələbələrin PKK-ya hansı səbəbdən qoşulduğuna dair fikir bildirmək mümkün deyil. Hadisəyə ümumi yanaşsaq, ortada dini-ideoloji, milli-etnik səbəblər və maddi həvəsləndirmələr ola bilər. Həmin tələbələrin məcburiyyət qarşısında PKK-ya qoşulması da istisna deyil. Əslində, gəncləri qanunsuz silahlı birləşmələrə cəlb etməyin müxtəlif yolları var”.

Bu cür hadisələrin azərbaycanlı tələbələrin xaricdə təhsil almasına heç bir mənfi təsiri olmadığını vurğulayan politoloqun sözlərinə görə, silahlı birləşmələrin tərkibinə qoşulan gənclər arasında xaricdə təhsil almayanlar da var:

“Ekstremist radikal qruplaşmalara qoşulmaq üçün azərbaycanlıların hansısa xarici ölkədə təhsil alması şərt deyil. İnternet vasitəsilə bu gün dünyada qlobal bir şəbəkə yaranıb. Harada yaşamasından və təhsil almasından asılı olmayaraq insanlara təsir edib, onları öz ideologiyalarına cəlb etmək mümkündür”.

 

Aim.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“AzTV və İdman Azərbaycan oyunları ən yaxşı işıqlandıran kanallardır” – MÜNASİBƏT

Next Post

“Kredit oliqarxları”nın vəkili danışdı

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

“Kredit oliqarxları”nın vəkili danışdı

Neft ucuzlaşıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.