
İŞİD İraq Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsini vurub.
Axar.az xəbər verir ki, bu barədə məlumat İŞİD-in Tvitter səhifəsində yer alıb.
Terror təşkilatının yaydığı informasiyaya görə, təyyarə Ramadi şəhərinin şimalında vurulub. Hələlik rəsmi Bağdad məsələ ilə bağlı heç bir reaksiya verməyib.



