Albaniyalı idmançı Recildo Zenelinin Bakıda 2015-ci il Birinci Avropa Oyunlarında Avropa Olimpiya Komitəsinin antidopinq qaydalarını pozduğu ifşa olunub.
Turan-ın məlumatına görə, o, yarışlarda iştirakdan kənarlaşdırılıb, bu barədə Birinci Avropa Oyunlarının saytında yerləşdirilmiş məlumatda bildirilir.
Alban idmançının dopinq-testində qadağan edilmiş preparatlar siyahısına daxil olan furosemid izləri aşkarlanıb, deyə məlumatda qeyd edilir.
Oyunlarda idmançılar kompleks antidopinq prosedurları keçir, onların orqanizmində Ümumdünya Antidopinq Agentliyinin qadağan etdiyi maddələrin olub-olmadığı yoxlanılır.
Xatırladaq ki, iyunun 17-də 57 kq çəki dərəcəsində yarımfinal mərhələsində qarşılaşan Gürcüstan təmsilçisi Vladimir Xvinçeqaşvili və Belarus təmsilçisi Vladislav Andereyev arasında dava düşdüyü üçün münsiflərin qərarı ilə hər iki idmançı Oyunlardan kənarlaşdırılıb.
– See more at: http://axar.az/news/55761#sthash.WK50QKWM.dpuf




