"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sükutun pozulmasına az qaldı

20 İyun 2015 - 10:57
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Sükutun pozulmasına az qaldı

 
Bir  azdan sükut pozulacaq.  Hələ ki, hamı idman yarışlarını izləyir. Lakin yarımçıq qalmış suallar var. Bunlardan biri də 6 milyard manatın mənimsənilməsidir. 
Avropa Oyunları “6 milyardlıq kredit” qalmaqalını arxa plana keçirtdi. Lakin hər kəsə bəllidir ki, beynəlxalq yarışmadan sonra  “kölgə iqtisadiyyatı”nın başının üstünü “qara buludlar” alacaq. Hakimiyyətin öz şinelindən çıxan sabiq səfir Arif Məmmədov da  kəskin bəyanatlar verir və elə bu amil də onu göstərir ki, “kompromat savaşı” daha dərinə gedə bilər. Odur ki, iri məmurlardan kimlərinsə qurban verilə biləcəyi ehtimalı yaranır.
Lakin qarşıdan parlament seçkiləri gəlir və bu amil “qurbanlıq keçi” tapmaq şərtlərini daha da ağırlaşdırır. Vurğulamaq lazım gəlir ki, Qərb mətbuatı konkret simaları hədəf seçir. Nəzərə alsaq ki hər bir ciddi ifşaedici məqamın arxasında siyasi güc mərkəzləri dayanır, onda kimlərinsə “edam kötüyü”nə çıxarıla biləcəyini də ehtimal edə bilərik. Lakin Qərbin hədəfə aldığı siyahılarda elə simaların adı açıqlanır ki, onlardan hesab tələb etmək hazırkı reallıqda möcüzə olardı. Bütün ifşa kampaniyası da bəlkə elə buna hesablanıb. Artıq istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə belə rəy formalaşıb ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə barədə deyilənlər imitasiyadan başqa bir şey deyil. Nə qədər ki, ölkədə korrupsiyaya qarşı mübarizədə nəzarət şəffaf deyil və nəzarəti hakimiyyət özü həyata keçirir, bu sahədə nəyəsə nail olmaq inandırıcı görünmür.
Korrupsiyaya qarşı mübarizənin qanuni müstəvidə aparılması beynəlxalq təşkilatların rəsmi Bakıdan tələb etdiyi əsas məsələdir. Çıxış yolu sayılan addım –   məmurların gəlir deklarasiyalarının göstərilməsinə nail olmaq problemin həllinə yardım edərdi. Bu məsələ ilə bağlı 10 ildən artıqdır qanun olsa da məmurlar deklarasiyalarını hələ də doldurmur. Beynəlxalq təşkilatların təmsilçiləri hesab edir ki, Azərbaycanda korrupsiyanın ifşa edilməsi qanunvericilik səviyyəsində məhdudlaşdırılıb. “Dövlət sirri haqqında” qanuna görə, jurnalistlərə təsərrüfat subyektlərinin sahibləri barədə məlumat toplamaq qadağandır. Yəni korrupsiyanı ifşa etmək jurnalistlərə yasaq edilib. Buna baxmayaraq mətbuat öz araşdırmalarını davam etdirir. Milyonlarla dəyəri olan villalara, otellərə, şirkətlərə sahib olmaq sadə məsələ deyil və korrupsiyanın göstəricisidir.
Orta statistik azərbaycanlını düşündürən sual da elə budur. Alınan milyonlarla rüşvətin sonrakı taleyinin və “neft bumunun” gətirdiyi sərvətlərin harada cəmləşdiyi müzakirə mövzusu kimi qalmaqdadır. Əlbəttə, burada cəmiyyətin göstərəcəyi təpkidən də çox şey asılıdır. Cəmiyyət uzun illərdən bəri öz postunda möhkəm oturan məmurlardan hesabat istəmək cəsarətində olacaqsa, korrupsiya piramidasını dağıtmağa vadar etmək mümkün olacaq. İstənilən halda, bizi qızmar yay gözləyir…
Yazar : Azər RƏŞİDOĞLU
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Putin: “Rusiya G8-ə qayıda bilər”

Next Post

NASA uçan boşqabı sınaqdan keçirib (VİDEO)

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

NASA uçan boşqabı sınaqdan keçirib (VİDEO)

SOCAR prezidenti: “TANAP layihəsi üzrə boruların qaynaq işlərinə iyulda başlanılması planlaşdırılır”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.