
2019-cu ildə II Avropa Oyunlarını keçirmək üçün 7 namizəd ölkə var.
Bunu Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki “Reuters”ə deyib.
P.Hikki bildirib ki, əvvəlki 5 namizədlə Oyunların keçirilməsi və təşkilati məsələlər müzakirə edilib: “Əvvəlcə 6 namizədimiz var idi. Niderlandın imtina etməsindən sonra 5 namizəd ölkə qaldı. Bakıda I Avropa Oyunlarının uğurla keçirilməsi ilə bu ölkələrin sırasına daha iki ölkə qatıldı”.
O, qeyd edib: “Beləliklə, indi bizim yaxşı seçim etmək imkanımız olacaq. Ancaq hələlik yekun qərar qəbul edilməyib”.



