"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan QHT-si Almaniya Bundestaqına məktub göndərdi

23 İyun 2015 - 13:33
in XƏBƏR LENTİ
Azərbaycan QHT-si Almaniya Bundestaqına məktub göndərdi

“Ekenomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifovun “Tarixin güzgüsündəki alman cinayətləri” sərlövhəli məqaləsi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb (http://az.apa.az/news/387386?keywords=Fikr%C9%99t+Yusifov).
“Ekonomiks” BİAB-dan verilən məlumata görə,  bəzi xarici dairələrin ölkəmizə qarşı qərəzli münasibətinin davam etdiyini nəzərə alan təşkilat təmsilçiləri sözügedən məqalənin xarici dillərə tərcümə edərək müvafiq ünvanalara göndərilməsini qərarlaşdırıblar.
Xatırladaq ki, ölkənin aparıcı KİV orqanlarında yaymlanmış bu məqalədə bəzi ölkələrin və müxtəlif  təşkilatların Azərbaycana qarşı tutuduğu ədalətsiz mövqe tənqid olunur və qərəzli davranşları doğuran səbəblərdən söz açılır. Məqalədə Azərbaycanda “insan haqlarının vəziyyəti”nə dair Almaniya Budestaqında qəbul olunmuş qətnamənin ortaya çıxmasını şərtləndirən amillər ardıcıllıqla göstərilməklə bu sənədin Azərbaycandakı real vəziyyətlə üst-üstə düşmədiyi konkret faktlarla ortaya qoyulub.
Məqalənin əsas xəttini isə ötən əsrin əvvəllərində Almaniyanın bəşəriyyətə bəxş etdiyi iki böyük müharibəyə dair tarixi reallıqlar təşkil edir. Müəllif qeyd edir ki, bu gün “insan haqları”, “demokratiya” adı altında Azərbaycana təzyiq göstərib öz maraqlarını təmin etməyə çalışan Amaniya ötən əsrin 30 ili ərzində dünyanı fəlakət burulğanında saxlayıb, milyonlarla günahsız insanın haqqı və hüququ onların özü ilə bərabər konslagerlərdəki sobalarda və qaz kameralarında yandırılıb. Məqalədə vurğulanır ki, tarixin qan yaddaşının möhkəmlənməsində misilsiz “əməyi” olmuş Almaniya təkcə İsrail xalqına deyil, bütövlükdə insanlığa qarşı soyqırım həyata keçirib və bu cinayəti butün acıları ilə yaşamış xalqlar arasında azərbaycanlılar da var.
BİAB-dan bildirilib ki, məqalənin xarici dilə tərcümə olunmuş forması, eləcə də vətəndaş cəmiyyətinin bir parçası olan “Ekonomiks” təşkilatının Azərbaycana qarşı atılan qərəzli və ədalətsiz addımlara etirazının yer aldığı məktub diplomatik nümayəndəliklərə, o cümlədən  Almaniya kansleri Angela Merkelə, Bundestaqa və bu ölkənin Azərbaycandakı səfirliyinə göndərilib.
Bu barədə açıqlama verən “Ekonomiks” BİAB-ın sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov qeyd edib ki, məqalənin Almaniyanın rəsmi dairələrinə və müxtəlif xarici təşkilatlara göndərilməsində məqsəd Azərbaycanın vətəndaş cəmiyyətinin mövqeyini növbəti dəfə sərgiləməkdir: “Biz vətəndaş cəmiyyətinin bir institutu olaraq Azərbaycana qaşı yürüdülən məkirli siyasətə etiraz edir və bunun hansı maraqlara söykəndiyini yaxşı bilirik. Son məqaləmizlə də göstərməyə çalışdıq ki, başqlarını heç bir əsas olmadan “insan haqlaqları”nı pozmaqda ittiha edənlər əslində bu tip pozuntuların ilk nümunələrini yaradanlar, bəşəriyyətə qarşı ağır cinayətlər törədənlərdir. Bu insanlar nəhayət anlamalıdırlar ki, biz dövlətin maraqlarını hansısa ölkənin istək və arzularının qurbanına çevirə bilmərik. Azərbaycanın vətəndaş cəmiyyəti həmişə olduğu kimi bu gün də dövlətçiliyə sadiqdir və ölkəmizə, onun müstəqilliyinə qarşı atılacaq istənilən addıma layiqli şəkildə cavab verə biləcək gücdədir. Bizim deməyə həmişə sözümüz var”.
F.Yusifov vurğulayıb ki, Almaniya kimi dünya siyasətini müəyyənləşdirən nəhənglərdən birinin ali qanunverici orqanı özünü, məsələn, “Human Rights Watch” səviyyəsinə endirib QHT kimi davranırsa, bu, Azərbaycan cəmiyyətində bütövlükdə Almaniya dövlətinə qarşı arzulanmaz münasibətin formalaşmasına zəmin yaradır.


Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İyunun 30-da kompüterlərimiz işləməyəcək

Next Post

Moskvada azərbaycanlılardan ibarət dəstə yaxalandı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Moskvada azərbaycanlılardan ibarət dəstə yaxalandı

S-300 raketlərini yaradan bakılı Maltada holdinq açır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.