"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ermənistandakı aksiyaların ortaya çıxardığı həqiqətlər – ŞƏRH

23 İyun 2015 - 14:46
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 Polisin güc tətbiq edərək dağıtdığı son aksiyalar yalnız elektrik enerjisinin qiymətinin bahalaşması ilə bağlı məsələ deyil

İyunun 19-dan 22-dək Yerevanda və Ermənistanın başqa iri şəhərlərində elektirk enerjisinin bahalaşmasına qarşı etiraz aksiyaları keçirilib.

Bu gün səhər polis aksiyaları dəyənəklər və su şırnağı ilə dağıdıb.

Ermənistanda sosial, yaxud başqa problemlərin yaranmasına təsir göstərən amillər hansılardır? Yaxud, nədən bu ölkədə enerji daşıyıcıları ilə bağlı tez-tez problemlər ortaya çıxır?

Son bir neçə ildə baş verən hadisələr sübut edir ki, Ermənistan bütün sahələr üzrə xaricdən, ya Rusiyadan, ya da diaspordan asılı vəziyyətdədir. Siyasi və iqtisadi asılılıq isə bir qayda olaraq, ölkənin həyatında ciddi problemlər yaradır.

Başqa sözlə asılı olduğu amillər güclənəndə Ermənistan da güclü olur, əks halda isə indiki oxşar vəziyyət yaşanır.

Ermənistan Elektrik Şəbəkəsi bu ölkəyə məxsus deyil. Onun yiyəsi Rusiyanın “İnter RAO EES” şirkətidir. Bu şirkət isə mövcud qiymətə elektrik enerjisini satmaq istəmir. Ona görə yeni qiymət tarifi irəli sürüb və hökumət onu təsdiqləyib.

Deməli, Ermənistanda elektrik enerjisinin bahalaşması Rusiya şirkətinin istəyinə uyğun gerçəkləşir.

Aksiya zamanı etirazçıların Rusiya əleyhinə şüarlar səsləndirməsi də bunu təsdiqləyir. Hətta iş o yerə çatıb ki, aksiyaçılar Rusiyanın Ermənistan ərazisindəki çoxsaylı sülhməramlı bazalarını “işğalçı” adlandırıblar. Ermənilər, həmçinin Rusiyanın atom stansiyası, dəmir yolları, bir neçə elektrik stansiyası və başqa strateji mühüm obyektlərə nəzarət etməsinin də “işğal” olduğunu bildiriblər.

Küçələrə çıxan insanlar əllərində “Biz erməniyik, öz ölkəmizin sahibiyik!” şüarının yazıldığı plakatlar tutublar.

Etirazçılar tariflərin azaldılması, rusların nəzarətində olan müəssisələrin milliləşdirilməsi və Rusiya qoşunlarının Ermənistandan çıxarılması tələbini də irəli sürüblər.

Yeri gəlmişkən, Ermənistanda elektrik şəbəkələri Rusiyaya məxsus şirkətlərin nəzarətindədir. Elektrik enerjisi qiymətləri son 2,5 il ərzində artıq üçüncü dəfədir ki, bahalaşdırılır.

Təbii qaz təchizatı da Ermənistan dövlətinin nəzarəti altında deyil. Bu sahə ilə Rusiyanın “Qazprom” dövlət şirkəti məşğul olur. 1997-ci ildə rəsmi Yerevan ölkənin təbii qaz sistemini Rusiyanın “Qazprom” şirkəti ilə 3 yerə bölmüşdü. Ermənistanın qaz təchizatı ilə  “Armqazprom”, “Armtransqaz” və “Armqaz” məşğul olurdu. Sonralar bunların hamısı Rusiyanın nəzarəti altına keçib. Hazırda Ermənistanın təbii qaz sisteminə “Qazprom”un yerli şirkəti “Qazprom Armeniya” nəzarət edir.

Qeyd edək ki, bu günlərdə rəsmilər İran-Ermənistan “Meğri-Qacaran” təbii qaz kəmərinin Rusiyanın “Qazprom Armeniya” şirkətinə satılacağını bildiriblər.

Beləliklə, Ermənistan baş verənləri, aşağıdakıları bir daha təsdiqləyir:

– Ermənistanın öz iqtisadiyyatı yoxdur və ölkə xaricdən idarə edilir;

– Rusiyaya tətbiq edilən sanksiyalar Ermənistanın həyatının bütün sahələrinə mənfi təsir göstərir;

– Azərbaycan torpaqlarını işğal etdiyinə görə regional layihələrdən kənar qalması Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb;

– Ermənistan adlı dövlət fiksiyadır və öz taleyi haqda qərar vermək iqtidarında deyil.

Son hadisələr belə bir ehtimalı da irəli sürməyə imkan verir ki, Ermənistanda keçirilən son aksiyalar yalnız elektrik enerjisinin qiyməti ilə bağlı məsələ deyil. Baş verənlər ermənilərin hələ bundan sonra da indiki ərazidə Ermənistan dövləti qurmağa cəhd göstərdiklərini təsdiqləyir.

Sədrəddin Soltan/REPORT.AZ

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Bakı-2015”: Boks yarışlarından CANLI YAYIM

Next Post

1834 sürücü `Oyunlar zolağı`na çıxıb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

1834 sürücü `Oyunlar zolağı`na çıxıb

Almaniya Azərbaycana niyə hücum edir?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.