
İŞİD nəzarət etdiyi ərazilərdə dövriyyəyə yeni valyuta buraxıb.
Avropa.info xəbər verir ki, “İslam dövləti”nin milli pulu dinar olacaq. 1 İŞİD dinarının məzənnəsi 139 dollardır.
Qızıldan düzəldilmiş pulların əsas vəzifəsi İŞİD iqtisadiyyatını şeytan saydıqları qlobal dünya iqtisadiyyatından qorumaqdır.
Pulun üzərində Quranda götürülmüş 7 dəstə sünbül və dünya xəritəsi rəsmləri var.





