
Fransanın İzer departamentindəki Sen-Kanten-Falavye şəhərində “AİR Products” zavodunda partlayış törədilib.
Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayışı İŞİD terror təşkilatının törətdiyi iddia edilir.
Zavoda daxil olan iki nəfər avtomobili qaz balonları ilə dolu anbara çırmağa cəhd edib. Nəticədə bir nəfər ölüb, bir çox işçi isə yaralanıb. Partlayışdan sonra yanğın başlayıb.
Sənaye müəssisəsinə hücum etməkdə şübhəli bilinən kişi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Fransanın BFMTV xəbər kanalının yaydığı məlumata görə, zavodun girişində İŞİD bayrağı və kəsilmiş baş tapılıb.



