
İyun ayının son bazar günü ölkə ərazisində dəyişkən buludlu hava gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, I Avropa Oyunlarının bağlanış mərasimi günü – 28 iyunda Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.
Qeyd edək ki, əvvəlcədən gözlənilən küləkli hava şəraiti ilə bağlı Avropa Oyunlarının proqramında da cüzi dəyişiklik olub. Velosiped yarışlarının final günü dəyişdirilib.



