"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda yeni poliqon yaradıldı (FOTO, VİDEO)

29 İyun 2015 - 12:43
in MANŞET

94263

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Zakir Həsənov hərbi qulluqçuların atəş və taktiki hazırlığı üçün nəzərdə tutulan yeni təlim-atış mərkəzinin açılışında iştirak edib.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi qulluqçuların atəş və taktiki hazırlığı üçün nəzərdə tutulan yeni təlim-atış mərkəzinin açılışında iştirak edib.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən xəbərə görə, müdafiə nazirinə mərkəz haqqında məlumat verilərək bildirilib ki, ərazidə cəbhə xəttindəki vəziyyətin modelləşdirilməsi, təlimlərin real döyüş şəraitinə uyğun olaraq keçirilməsi, düşmənin təxribat-kəşfiyyat cəhdlərinin qarşısının alınması, əks tədbirlərin görülməsi və digər praktiki məşqlərin keçirilməsi üçün bütün şərait yaradılıb. Eyni zamanda poliqonda istənilən şəraitdə hazırlıq məşqlərini keçmək məqsədilə müvafiq siniflər hazırlanıb.

Qısa müddətdə istifadəyə verilən poliqonda şəxsi heyət silahlanmada olan atıcı silahlar, minaatanlar və qumbaraatanlardan istifadə etmək bacarığına yiyələnəcək və təcrübə qazanmaq imkanı əldə edəcəklər. Ərazidə hazırlanmış hədəf sahəsi tam kabelləşdirilib, avtomatik enib-qalxma hədəfləri, geri daxil olan məlumatlar və qiymətləndirmə avadanlığı ilə təmin edilib.

Müdafiə nazirinə şəxsi heyətin nəzəri biliklərinin artırılması üçün lazım olan yeni nəşr edilmiş təlim-metodik ədəbiyyat təqdim olunub. Bütün bunlar da hərbi tədris proqramlarının keyfiyyətlə öyrənilib mənimsənilməsinə, şəxsi heyətin peşəkarlığının və nəzəri biliklərinin artırılmasına, praktik vərdişlərinin möhkəmləndirilməsinə imkan verəcək.

Müdafiə naziri ərazidəki Mərkəzi idarəetmə məntəqəsi, atış və taktiki sahə, kəşfiyyat cığırı, taktiki zolaq, digər inzibati bina və qurğularla tanış olduqdan sonra kəşfiyyat bölməsinin praktiki hazırlığını və atəş nöqtələrində yerinə yetirilən təlim çalışmalarını izləyib.

Snayper hazırlığı kursunda təlim atışlarını izləyən nazir hədəflərin hamısını dəqiqliklə məhv edən peşəkarlıq və bacarığını, tezliklə cəbhə xəttinə yollanaraq digər hərbi qulluqçularla ön xətdə xidmət etmək istəklərini yüksək qiymətləndirib.

Müdafiə naziri şəxsi heyətin daha peşəkar səviyyədə hazırlanması məqsədilə təlimlərdə müasir ordularda mövcud olan ən yeni təlim üsullarının öyrənilməsi, şəraitə uyğunlaşdırılması, qoşunların döyüş hazırlığında tətbiq olunması ilə bağlı tapşırıq və tövsiyələr verib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Banklar 6 günlük bağlandı

Next Post

Dərman bazarında niyə özbaşınalıqdır?.. – Ekspert rəyi

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Dərman bazarında niyə özbaşınalıqdır?.. - Ekspert rəyi

Pakistanda dəhşətli istilər üzündən 1400 nəfər ölüb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.