"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Dərman bazarında niyə özbaşınalıqdır?.. – Ekspert rəyi

29 İyun 2015 - 13:14
in İQTİSADİYYAT, İQTİSADİYYAT MANŞET

1430217808_natiq-ceferliDərman preparatlarının ölkəyə idxalı ilə bağlı gömrük rüsumlarını azaltmaq, bəzi preparatlarla bağlı isə, ümumiyyətlə, ləğv etmək olar. İdxalçılardan gömrük rüsumu alınmasın və onların qarşısına dərmanların ucuz qiymətə satılması şərti qoyulsun.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Dərman preparatlarının qiymətində fərqliliklər hələ də qalmaqdadır. Paytaxtdakı apteklərə üz tutan vətəndaşlar müxtəlif qiymətlərin şahidi olur. Bu fərqlilik xüsusən də ölkəyə xaricdən gətirilən dərmanların qiymətində müşahidə olunur. Məsələn, allergiyaya qarşı “Seretide” dərmanı Rusiya istehsalıdırsa 42 manat, Almaniya istehsalıdırsa 57 manata satılır. Satıcılar bunu dolların məzənnəsinin qalxması ilə izah edir və xarici valyuta ilə alınan dərmanların qiymətinin ucuzlaşmasının qeyri-mümkünlüyünü bildirirlər.

Mütləq icbari tibbi sığortanın tətbiqinə başlanılmalıdır

Mövzu ilə bağlı fikirlərini AİM.Az-a bölüşən iqtisadçı ekspert Natiq Cəfərli dərman bazarında gözlənilən nəticənin əldə edilməməsini bir neçə amillə izah etdi:

“Tək inzibati metodlarla dərman bazarında vahid qiymət tətbiqinə nail olmaq çox çətindir. Qiymətlərə müdaxilə, biznes strukturlarının işinə müdaxilədir ki, bundan da müsbət nəticə gözləmək olmaz. Əgər dərman preparatlarına aşağı qiymət tətbiq ediləcəksə, ölkə bazarına ucuz və keyfiyyətsiz dərmanlar ayaq açacaq. Əsasən Hindistan və digər Şərq ölkələrindən. İstifadə müddəti bitmiş, düzgün şəraitdə saxlanılmayan dərmanlar satışa çıxarılacaq və bu da, əlbəttə ki, insanlarımızın sağlamlığını təhdid edəcək.

 

Bir çox ölkələrdə – Türkiyədə, Gürcüstanda, İranda vətəndaşlar məhz tibbi sığorta sayəsində aptekdən dərmanları çox ucuz qiymətə, hətta demək olar, havayı ala bilirlər.

Çoxlarının xatirindədir ki, sovet vaxtı keyfiyyətli dərman qıtlığı yaşanırdı. Keyfiyyətli dərmanları əlaltından, necə deyərlər, piştaxtanın altından satırdılar. Keyfiyyətli dərmanlar rəsmi satışda olmurdu. Həmin vəziyyət təkrarlanmasın deyə, hökumət biznes qurumları ilə birgə fəaliyyət planı işləyib hazırlamalıdır. Bunun üçün  mütləq, ilk növbədə icbari tibbi sığortanın tətbiqinə başlanılmalıdır. İcbari tibbi sığorta tətbiq olunarsa, dərman preparatlarının bir hissəsinin pulunu sığorta şirkətləri ödəyəcək. Hətta bütün qiymətləri də ödəyə bilərlər. Bu, artıq, bağlanacaq müqavilənin şərtlərindən asılı olacaq. Bir çox ölkələrdə – Türkiyədə, Gürcüstanda, İranda məhz belədir. Vətəndaşlar məhz tibbi sığorta sayəsində aptekdən dərmanları çox ucuz qiymətə, hətta demək olar, havayı ala bilirlər.

Təbii ki, bizdə dərman preparatlarının qiymətinin yüksək olmasına idxal amilinin də böyük təsiri var. Dərman preparatlarının hardasa, 98 faizi ölkəyə xaricdən gətirilir. Yerli istehsal, demək olar, sıfırdır. Nə qədər ki, yerli istehsal yoxdur, idxal prosesində də müəyyən addımlar atmaq mümkündür. Məsələn, dərman preparatlarının ölkəyə idxalı ilə bağlı gömrük rüsumlarını azaltmaq, bəzi preparatlarla bağlı isə, ümumiyyətlə, ləğv etmək olar. İdxalçılardan gömrük rüsumu alınmasın və onların qarşısına dərmanların ucuz qiymətə satılması şərti qoyulsun. Gömrük rüsumundan azad edilmək dərmanların maya dəyərinin aşağı olmasını təmin edəcək ki, bu da özünü satış qiymətlərinin aşağı düşməsində göstərəcək. Nəticədə, vətəndaşlarımız keyfiyyətli və daha ucuz dərman preparatları əldə edə biləcəklər. Dərman idxalı və satışında bu yollarla müsbət nəticələr əldə etmək mümkündür. Sadəcə, hökumət biznes strukturları ilə birgə ciddi addımlar atmalıdır”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda yeni poliqon yaradıldı (FOTO, VİDEO)

Next Post

Pakistanda dəhşətli istilər üzündən 1400 nəfər ölüb

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

Pakistanda dəhşətli istilər üzündən 1400 nəfər ölüb

Prezidentdən Mehriban Əliyevaya ən yüksək mükafat- Foto

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.