
Ermənistanın şimal-şərqindəki dislokasiya olunan hərbi hissələrdən birində zabit öldürülüb. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, iyunun 30-da yerli vaxtla saat 13-də leytenant Mavrik Xaçaturoviç Melikyanın başından güllə ilə vurulub. O, hospitala aparılarkən yolda ölüb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki açıqlanmır.
Hərbi Prokurorluqda özünüöldürmə maddəsi lə cinayət işi açılıb.



