"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Bir sözüm var ürəyimdə”- Şair Xatirə Rəhimbəylinin yeni kitabının təqdimatı

01 İyul 2015 - 17:40
in MƏDƏNİYYƏT

40646_xlutbntrgrÖtən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) şair Xatirə Rəhimbəylinin “Bir sözüm var ürəyimdə” kitabının təqdimatı keçirilib.

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

AYB-nin katibi Rəşad Məcid tədbirdəki giriş sözündə Xatirə Rəhimbəylinin yaradıcılığı və yeni işıq üzü görən kitabı barədə fikirlərini bölüşüb:

“Bir sözüm var ürəyimdə” kitabında Xatirə Rəhimbəylinin son illərdə yazdığı şeirlərdən seçmələr toplanıb. İnanırıq ki, Xatirə xanımın bədii yaradıcılığı özünəməxsus məzmunuyla oxucuların zövqünü oxşayacaq”.

Tədbirin aparıcısı Fərqanə Mehdiyeva X. Rəhimbəylinin həyat və yaradıcılıq yoluna nəzər salıb:

“Xatirə Rəhimbəyli 1966-cı ildə Ağcabədi rayonunun Aran kəndində dünyaya gəlib. Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində təhsil alıb. Orta məktəb illərindən bədii yaradıcılıqla məşğuldur. İlk şeiri 1982-ci ildə rayon qəzetində çap olunub. 1994-cü ildən ayrı-ayrı mətbuat orqanlarında şeir və hekayələri ilə mütəmadi çıxış edir. İki şeir kitabı- 1999-cu ildə “Sevgi də dindir” və 2007-ci ildə “Sonuncu şeirdir yazıram sənə” nəşr olunub”. Fərqanə Mehdiyeva şairin yaradıcılığında lirizmin üstünlük təşkil etdiyini diqqətə çatdırıb və kitabdakı şeirlərdən oxuyub.

Tədbirdə bəstəkar Tahir Əkbər, filologiya üzrə fəlsəfə doktoru Elçin Muradxanlı, şairlər Kəmaləddin Qədim, Faiq Balabəyli, İlham Qəhrəman, Oqtay Rza çıxış edərək Xatirə Rəhimbəylinin poeziyasının özünəməxsus olmasından, şeirlərində xəlqi ruhla modern təfəkkürün vəhdət təşkil etməsindən, vətənpərvərlik ruhunun öz əksini tapmasından söz açıblar.

Kitabın redaktoru Əlisəfa “Oxucu sözü” adlı önsözdə X. Rəhimbəylinin yaradıcılığını ətraflı təhlil edib:

“Yetərincə mənəvi rahatlıqda yaşayan insanlar ciddi ədəbiyyat yarada bilmirlər. Demək, bu şeirlərin yiyəsi bu sayaq zillətlərdən keçib özünün, Xatirə Rəhimbəyli Mənini görkə qoyub. Haqqın yollarında savaşçı olan o Mənin axtarışında ürcahıma daha sərrast şeiri çıxdı.

Xatirə xanımın sevgisi qüsursuzdu. Onun sevgi subyekti gözə görünmür, maddiləşmir. Onun sevgi mənbəyi aşağılana bilməz, iradlana bilməz. Amma elə radlarında da uca, saf sevgi sərgilənir. Xatirə xanım öz yaradıcılığını gərək olan yerdə, gərək olan səviyyədə təqdim etməkdən utanır, arlanır, özünə şair deməkdən çəkinir. Amma çağımızın şeiriyyət gülşənində Xatirə Rəhimbəyli adında -sözün çəkisini, ölçüsünü, qiymətini bilən şairə var. Onun yaradıcılıq məziyyətlərindən bir kitablıq söz demək olar. Nə qədər deyilsə də, oxucuya təqdim edilən bu şeirləri daha görklü, məzmunlu deyir. Oxusanız, hərəsi bir hadisə olan bu şeirlərə vurulmaqdan özgə yolunuz qalmayacaq”.

Xatirə Rəhimbəyli öz çıxışında bu kitabı və tədbiri anasına həsr etdiyini deyib, qonaqlara minnətdarlığını bildirib. Sonda müəllif oxucular üçün kitab imzalayıb.

S.ABDULLAYEVA

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ali məktəbdə maaşlar artırıldı – 1500 manat

Next Post

“Azərbaycan Aİ ilə münasibətlərini ikitərəfli formatda inkişaf etdirməkdə maraqlıdır”

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post

"Azərbaycan Aİ ilə münasibətlərini ikitərəfli formatda inkişaf etdirməkdə maraqlıdır"

Daha bir şirkət rəhbəri həbs edildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.