"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanın 17 anı

01 İyul 2015 - 20:42
in KÖŞƏ YAZILARI
Azərbaycanın 17 anı - Ceyhun Musaoğlu yazır
Ceyhun Musaoğlu 
Yaşadığın ölkə həm də sənin övladınındır, getdiyin yolu dağıtma.
Doğulmadığın ölkədə sığınacaq almaq doğulduğun ölkəni satmaqdan keçir.
Kaş bütün mahnılar müstəqillik himninin musiqisi üzərində yazılsın.
Yalnız lideri olan xalq dövlət qura bilər. Dövləti qorumaq lideri qorumaqdan keçir.
Postmodernizm Qərbdə doğuldu, Şərqdə öldü. Kökü olmayanlar zatən ölümə məhkumdur. Meyidi bizə yüklədilər, biz qəbir qazdıq, biz dəfn etdik. Öz dirimiz ola-ola, başqasının ölüsünə ağladıq.
Azərbaycanlılığımızı hər tərəfi ilə göstərən ilk möhtəşəm hadisə Bakıda keçirilən birinci Avropa Oyunları oldu.
Bilirsinizmi, biz erməni əsilli idmançını boykot edəndə cənab Prezident İlham Əliyev əlini qaldırmaqla nə dedi? Dedi ki, Azərbaycan Ermənistandan, azərbaycanlı ermənidən güclüdür. Adam yıxılana balta vurmaz. Anındaca anladıq. Anlamaq bütün problemlərin həllidir.
Könüllü ol, həyat könlüncə olsun. İlk dəfədir qibtə etmək bu qədər gözəlmiş. 17 günlük könüllü həyatı yaşayanlara qibtə etməyənlər bu gözəllikdən məhrum oldular.
Ölkənin birinci xanımı, Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva bağlanış mərasimində könüllülərin adını çəkən kimi 66 minlik meydan əl çaldı. Könlünü verənlərə ürəyimizi verdik. Azdırsa, ardı gəlsin!
Onlar 82 milyondur, biz 9 milyon. Üstümüzə hücum edirlər. Geri çəkilmirik, eləcə “siz 82 milyonsunuz, biz 9” deyib, gülürük. Hə… bir də ancaq özləri eşidəcək səslə bu rəqəmi xatırladırıq: 25 – müstəqilliyimizin yaşı.
O, gözlərini bizə qurban etdi, cavabında milyonların gözü ona dikildi, milyonların gözünü işıqlandırdı. Bir daha təsdiqini tapdı: Vətən üçün qurban verməyə dəyərmiş.
Bilirəm ki, kübarlıq tarixə qovuşub. Onu da bilirəm ki, kübar yaşantı ilə kübar düşüncənin arasında fərq var. Ola bilsin kübarlıq dəbdə deyil, bəs sənin ürəyin, sənin beynin? Dəyişmə dostum, dəyişmə. Yarandığın kimi davam et. Unutma, sən Allahın əsərisən, pis ola bilməzsən.
Bizim ölkənin çıxmadığı sınaq qalmadı. İndi haqqımız var ki, başqalarını sınayaq.
Birinci Avropa Oyunlarında yandırılan məşəlin istisi hələ bizi çox sazaqlardan sağ – salamat çıxaracaq.
Gün bizi yaradanda adi həyat, biz günü yaradanda hadisə olur. Yaratdığımız günlərin qədrini bilək. Hadisəyə çevrilmək tarixiləşməkdir. Tarixə düşmək arzusu hər kəsdə olur, kimdə aşkarda, kimdə şüuraltında.
Müstəqilliyinin 25 yaşı var. Birinci Avropa Oyunlarının açılışını elə təşkil edib ki, sanki 500 yaşı olan ölkədir. Düşüncəsinə görə qoca, görünüşünə görə cavan görünmək çox gözəldir.
Birinci Avropa Oyunlarının açılış mərasiminə baxanda ağlıma gələn ilk cümlə: Bax, Avropa! Bax və anla ki, kimi kimə uduzdurursan. Ermənistan Azərbaycanın dırnağı da ola bilməz.
P.S. Yaşadığımız möhtəşəm 17 günə 17 deyim həsr etdim.

 

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Heydər Əliyev prospektində kütləvi dava…

Next Post

Qarabağ müstəvisində yeni diplomatik həmlə

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Qarabağ müstəvisində yeni diplomatik həmlə

Bu gün imtahanıdır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.