"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Şahmatçılarımız qələbə qazandı

09 Avqust 2014 - 23:51
in İDMAN
Azərbaycanın kişilərdən və qadınlardan ibarət yığma komandaları Dünya Şahmat Olimpiadasının növbəti img1616038turunda qalib gəliblər.
ANS PRESS-in məlumatına görə, Norveçin Tromse şəhərində 41-ci Dünya Şahmat Olimpiadası davam edir. Olimpiadanın altıncı turunda Azərbaycanın kişilərdən və qadınlardan ibarət yığma komandalarının hər ikisi öz rəqibləri üzərində inamlı qələbə qazanıb.
Ölkəmizin kişilərdən ibarət yığma komandası – ikiqat Avropa çempionu – Olimpiadanın altıncı turunda Gürcüstan yığmasına 3,5:0,5 hesabı ilə, qadın şahmatçılarımız isə Puerto-Riko komandasına 3:1 hesabı ilə qalib gəlib.
Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Eltac Səfərli bu turda qalib gəlib, Teymur Rəcəbov isə heç-heçə oynayıb.
Qadınların yarışında Zeynəb Məmmədyarova uduzub, Gülnar Məmmədova, Xəyalə Abdulla və Türkan Məmmədyarov isə komandaya növbəti qələbə xalları gətiriblər.
Kişilərin yarışlarında 6 turdan sonra aktivində 5 qələbə və bir heç-heçə olan Azərbaycan yığması liderdir. Kuba komandasının nəticələri bizimkilərlə eynidir, lakin əlavə göstəricilər üzrə həmvətənlərimiz irəlidədir.
Rusiya, Çin, Serbiya, Niderland, Çexiya, Xorvatiya, Bolqarıstan, Macarıstan, Ermənistan və Rumıniya bir xal geri qalır. Bu gün 7-ci turun oyunları keçiriləcək. Azərbaycan yığmasının budəfəki rəqibləri kubalı şahmatçılar olacaq.
Qadınların yarışlarında 6 turdan sonra hər biri 12 komanda xalı toplamış Çin və Rusiya komandaları liderlik edir. Polşa komandası bir xal geri qalır. 7-ci turda Azərbaycan və İtaliya yığmaları qarşılaşacaq.
Xatırladaq ki, dünya şahmat olimpiadası yarışlarında kişilərdən ibarət 177 komanda və qadınlardan ibarət 136 komanda çıxış edir.
Azərbaycanın kişilərdən ibarət yığması 7-ci turda Kuba komandası ilə qarşılaşacaq. Altı turdan sonra bu komandaların hərəsinin aktivində 11 komanda xalı var.
Kuba–Azərbaycan matçında qarşılaşacaq komandaların heyətləri artıq məlumdur:
Şəhriyar Məmmədyarov – Lenyer Dominqes
Teymur Rəcəbov – Lazaro Bruzon
Rauf Məmmədov – Yuneski Kesada
Qədir Hüseynov – Reynaldo Ortiz.
Kişilərin yarışlarında altı turdan sonra hərəsinin aktivində 11 xal olan Azərbaycan və Kuba komandaları irəlidədir. Rusiya, Çin, Serbiya, Niderland, Çexiya, Xorvatiya, Bolqarıstan, Macarıstan, Ermənistan və Rumıniya komandaları liderlərdən bir xal geri qalır.
Azərbaycanın qadınlardan ibarət yığması yeddinci turun matçında İtaliya komandası ilə oynayacaq. Altı turdan sonra bu yığmaların hərəsinin aktivində 8 komanda xalı var.
Qadınların yarışlarında Azərbaycan – İtaliya matçında bu cütlüklər qarşılaşacaqlar:
Zeynəb Məmmədyarova – Marina Brunello
Gülnar Məmmədova- Yelena Sedina
Xəyalə Abdulla – Tea Queçi
Türkan Məmmədyarova – Roberta Messina.
Qadınların yarışlarında altı turdan sonra hərəsinin aktivində 12 komanda xalı olan Çin və Rusiya komandaları liderlik edir. Polşa komandası liderlərdən bir xal geri qalır. Azərbaycan 24-cü yeri tutur.

 

Bunu da oxuyun

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ukraynada vurulan təyyarədə ölənlərin daha 42-in şəxsiyyəti müəyyənləşdirilib

Next Post

“İstanbulu vurarıq”

Bənzər yazılar

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

06 May 2024 - 21:27

Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az  xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

06 May 2024 - 15:40

Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib. Elchi.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma...

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

06 May 2024 - 14:46

Kişi həndbolçuların Azərbaycan çempionatında 19-cu tura Bakıda start verilib. Elchi.az xəbər verir ki, “AHF Arena”da keçirilən turun mərkəzi oyununda “Azəryol”la “Kür” üz-üzə...

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

06 May 2024 - 11:03

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. Elchi.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər...

Next Post

"İstanbulu vurarıq"

Türklərə atəş açıldı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.