"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

TASS xəbər verir: Ermənistanı “İsgəndər-M” raketləri ilə təchiz etmək üçün danışıqlar gedir

03 İyul 2015 - 15:55
in DÜNYA

TASS xəbər verir: Ermənistanı “İsgəndər-M” raketləri ilə təchiz etmək üçün danışıqlar gedir

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Rusiya Ermənistanın “İsgəndər-M” operativ-taktiki raketləri ilə təchiz edilməsinə dair danışıqlar aparır.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə Rusiyanın hərbi-texniki əməkdaşlıq sferasındakı mənbə dövlət informasiya agentliyi TASS-a açıqlamasında bildirib.
Mənbə əlavə edib ki, raket komplekslərinin Ermənistana verilməsinə dair müqavilə hələ imzalanmayıb.
Bundan əvvəl erməni mənbələri xəbər vermişdi ki, Ermənistan Rusiyadan “İsgəndər-M” raket komplekslərini almaq barədə razılıq əldə edib.
Məlumata görə, komplekslər Rusiyanın Ermənistana silah almaq üçün ayırdığı 200 milyon dollarlıq kredit çərçivəsində əldə ediləcək.
Ermənistan mediasında yayılan məlumatı Rusiyanın hərbi çevrələrində təsdiq edərək deyiblər ki, hələlik danışıqlar gedir.
“Bu cür müqavilələrlə bağlı bütün informasiyalar məxfidir. Ona görə də hər hansı əlavə təfərrüatları açıqlamaq mümkün deyil”– deyə mənbə TASS-a bildirib.
“İsgəndər-M” komplekslərini istehsal edən zavoddan isə deyiblər ki, 2016-cı ilə qədər bu komplekslər ixraca yönəldilməyəcək. Bununla belə komplekslər xaricə satılmasına icazə verilən silah və hərbi texnikanın siyahısına daxil edilib.
Ötən il Qazaxıstan Rusiyadan bu kompleksləri almağa maraq göstərib. Habelə Səudiyyə Ərəbistanının Rusiya ilə “İsgəndər-M” komplekslərinə dair danışıqlar apardığı bildirilir.
Ermənistan parlamenti iyulun 2-də Rusiyadan “ən müasir silah və texnikanın alınmasına” dair kredit sazişini ratifikasiya edib. Rusiya bu məqsədlə Ermənistana 13 illiyinə 200 milyon dollar ayırıb. Ermənistan silahları Rusiyadan zavod qiymətinə alacaq.
Qeyd edək ki, əslində Rusiyanın Ermənistana “İsgəndər-M” raketlərini verməsinə dair söz-söhbətlər yeni deyil. Ötən ilin yayında  “Azadlıq” radiosunun erməni xidməti məlumat yaydı ki, Rusiya “İsgəndər-M” komplekslərini Ermənistan ərazisində yerləşdirib.
Məlumatı radiostansiyaya Ermənistan Müdafiə Nazirliyindəki mənbə vermiş və bildirmişdi ki, ölkə ərazisində bir neçə “İsgəndər-M” kompleksi var.
Bununla belə Rusiyanın kompleksləri Ermənistan ordusunun sərəncamına verdiyi, yoxsa 102-ci bazanın təchizatına daxil etdiyi dəqiqləşdirilməyib.
Bəs “İsgəndər-M” komplekslərinin özəlliyi nədədir? Rusiya niyə NATO-nu qorxutmaq üçün bu raketləri Kalininqrad vilayətində yerləşdirib və nədən Ermənistanın Azərbaycan qarşısında hərbi baxımdan dəfələrlə zəif duruma düşdüyü bir vaxtda öz forpostunu bu raketlərlə gücləndirməyə çalışır?
Rusiya hərbi nəşrlərində məlumat verilir ki, “İsgəndər-M” kompleksləri NATO ölkələrinin sərəncamında olan ən mükəmməl “Petriot” və “Aegis” hava hücumundan müdafiə komplekslərinin müdafiəsini yara bilir.
Virtualaz.org saytı hərbi qaynaqlara istinadən bildirir ki, “İsgəndər” operativ-taktiki raketlərinin bir neçə modifikasiyası mövcuddur. Lakin onlardan ən müasiri “İsgəndər-M” raketləridir.
“İsgəndər-M” raketlərinin ən mühüm özəlliyi ondadır ki, bu raketlər ballistik trayektoriya ilə hərəkət etmir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvari hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir.
Rusiya hərbi sənayesi “İsgəndər-M” raketlərini daha da təkmilləşdirib və onun hədəfi vurma dəqiqliyini artırıb. Raketlərin son modifikasiyası hədəfi cəmi 10 metr dəqiqliyi ilə vura bilir.
Hazırda “İsgəndər-M” Rusiyanın ən güclü operativ-taktiki raketləri hesab olunur və onun dünyada analoqu mövcud deyil.
Kompleks iki raketlə təchiz olunub, birinci raketin buraxılmasından cəmi bir dəqiqə sonra ikinci raket start götürür. “İsgəndər-M” iki raketin eyni şaxtada quraşdırıldığı yeganə kompleksdir. Raket hədəfə çatana qədər komanda mərkəzindən idarə olunur.
Beləliklə, “İsgəndər-M” komplekslərinə qarşı müdafiə dünyada praktiki olaraq mövcud deyil və təsadüfi deyil ki, Rusiya bu raketləri ABŞ-ın Avropada raketdən müdafiə sisteminə qarşı cavab kimi Kalininqradda yerləşdirib.
Raketlərin Ermənistanda yerləşdirilməsi isə Azərbaycanın son illərdə öz silahlı qüvvələrini hədəfi dəqiq vuran raket sistemləri və düşmən raketlərinə qarşı ən yeni müdafiə kompleksləri ilə təchiz etməsinə cavabdır.
Məlum olduğu kimi, Azərbaycan İsraildən raketdən müdafiə sistemini təşkil edən “Green Pine” radar kompleksi və “Barak-8” raketləri sifariş verib. Bu sistem mümkün müharibə zamanı Ermənistanın sərəncamında olan raketlərin hücumunu neytrallaşdırmağa imkan verir.
“Barak-8” raketdən müdafiə kompleksinin texniki göstəriciləri məxfi saxlanılır, çünki İsrail hərbi sənayesinin ən yeni məhsullarından biridir.
Bununla belə xarici qaynaqlarda göstərilir ki, “Barak-8” kompleksləri istənilən raket hücumunu dəf etmək imkanındadır və dünyada bu komplekslərin müdafiəsini yara bilən raketlər mövcud deyil.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Həci başqadı” videosunun qəhrəmanı döyüldü iddiası… – Video

Next Post

Uyğur türklərinin soyqırımı ilə bağlı fotolardakı şübhəli məqamlar…

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post

Uyğur türklərinin soyqırımı ilə bağlı fotolardakı şübhəli məqamlar...

Bakıda 3 vəzifəli şəxs həbs olundu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.