"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Obama İŞID-lə bağlı strategiyanı Pentaqonda müzakirə edir

07 İyul 2015 - 10:28
in XƏBƏR LENTİ

Obama İŞID-lə bağlı strategiyanı Pentaqonda müzakirə edir

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

ABŞ prezidenti Barak Obama İraq və Suriyada İŞİD qrupuna qarşı strategiyanı müzakirə etmək üçün Pentaqonda milli təhlükəsizlik məsələləri üzrə müşavirləri ilə görüşür.
ABŞ-ın mövcud məsələ ilə bağlı əhatəli strategiyasının mövcud olmadığını etiraf edən cənab Obamanın müdafiə naziri Eşton Karterlə görüşü planlaşdırılıb.
Görüş bu həftə sonu koalisiya qüvvələrinin İraqın şimal və qərb, Suriyanın isə şərq bölgələrinə nəzarət edən yaraqlılara qarşı  hava hücumlarının intensivləşdirilməsindən sonra həyata keçirilir. Koalisiya qüvvələri ümumilikdə hava 38 zərbə endirib, bunun təxminən yarısı  İslam Dövləti qrupunun paytaxt elan etdiyi Raqqa şəhərini hədəf alıb.
Pentaqonda Fransanın Müdafiə naziri Jan-İv Le Drianla birgə mətbuat konfransında danışan Müdafiə naizir Eşton Karter deyib ki, koalisiyanın hava hücumları İslam Dövləti qrupunun döyüşçülərinin mobilliyini məhdudlaşdırmaqdan ibarətdir. O, kürd qüvvələrinin yerdə effektiv fəaliyyətini də qeyd edib.
Birfinq zamanı Fransanın müdafiə naziri İslam Dövləti qrupunu terrorçu qrup deyil, terrorçu ordu adlandırıb. Le Drian Fransa qüvvələrinin İslam Dövləti qrupunun İraqa nəzarəti ələ almasının qarşısını almaq üçün koalisiya ilə birgə işi davam etdirəcəyini deyib.
Koalisiyanın hərbi hücumları keçən ilin avqustundan İraqda, həmin ilin sentyabr ayından etibarən isə Suriyada həyata keçirilməyə başlayıb. Pentaqonun rəsmi məlumatına görə hərbi təyyarələr həmin ərazidə indiyədək ən azı 4,800 hava hüçumu keçirib. Bu hücumlar İraq ordusu və Suriya döyüşçülərinə öz ərazilərinin bir hissəsinin nəzarətini yaraqlılardan geri almağa kömək edib.
“Biz inanırıq ki, biz onları (İslam Dövləti qrupunu) zəiflədə bilirik”-deyə Pentaqonun sözçüsü polkovnik Stiv Vorren bu yaxınlarda Vaşinqtonda müxbirlərə söyləyib. Bununla bərabər, o əlavə edib ki, İraq və Suriyada ələ keçirdikləri ərazilərin dördə birinə nəzarəti itirmələrinə baxmayaraq, yaraqlılar hələ də gücə malikdir.
Bütün bunlarla yanaşı, İraq hərbi qüvvələri mühüm irəliləyişə nail ola bilməyib. Belə ki, İraq qüvvələri ölkənin şimal və qərb hissələrində böyük şəhərlərə tam nəzarəti geri almaqda çətinlik çəkir. Ənbər vilayətinə nəzarətin geri alınması kimi əməliyyatlarda İran tərəfdarı yarı-hərbi dəstələr və Kürd döyüşçüləri İraq qüvvələrinə dəstək verir.
Prezident Obama indiyədək ABŞ-ın quru qüvvələrinin yenidən İraqa göndərilməsi ilə bağlı çağırışlara müqavimət göstərə bilib. Bunun əvəzində İraqa hərbi qüvvələrinə təlim verilməsi məqsədilə Amerikanın hərbi mütəxəssisləri ölkəyə göndərilib.
Bununla bərabər qeyd olunur ki, ABŞ Suriyada mötədil üsyançılara təlim verilməsi işində də inkişaf əldə edə bilməyib. Associated Press xəbər agentliyinin verdiyi məlumata görə 5,400 üsyançının təlim edilməsi planlaşdırılsa da, indiyədək onlardan yalnız 100-dən azı təlimatlandırılıb (“Amerikanın səsi”).
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezidentləri niyə ABŞ görüşdürmək istəyir?

Next Post

Rusiyada inşaat malları bazarı yanıb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Rusiyada inşaat malları bazarı yanıb

İran və “altılıq” razılığa gəldi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.