"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

NATO Gürcüstanda hərbi təlimə başladı

09 İyul 2015 - 10:45
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

NATO Gürcüstanda hərbi təlimə başladı

Gürcüstan NATO ölkələri ilə birgə təlimlərə başlayıb.
ANS PRESS-in məlumatına görə, hərbi təlimlər NATO-nun paytaxt Tiflisdən 20 kilometr aralıda yerləşən hərbi bazada keçirilir.
Vaziani hərbi bazasında təlimlər iyulun 7-dən başlayıb və iki həftə davam edəcək. Təlimlərə Gürcüstandan başqa, ABŞ, Latviya, Litva, Rumıniya və Bolqarıstan da ölkələr də qatılıb.
Daha əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko NATO-nun Şərqi Avropada fəallığı haqqında narahatlığını söyləyib.
Ümumiyyətlə, NATO Gürcüstanın müdafiə qabiliyyətini gücləndirməyə qərar verib. Bu məqsədlə Tiflisdə NATO-Gürcüstan təlim-tədris mərkəzi də yaradılıb. Təşkilatın Baş katibi Yens Stoltenberq deyib ki, biz bunu Gürcüstanın müstəqilliyinə hörmətimizə görə edirik. Biz təlim-tədris mərkəzini yaratmağa qərar verdik və bu, yaradılır. Bu tədris mərkəzi NATO-ya məxsus olmayacaq, sadəcə hərbi təşkilat bunun yaradılmasında Gürcüstana kömək edəcək.
Onun sözlərinə görə, NATO Gürcüstanın Avropaya inteqrasiya prosesini davam etdirməsini, bu yola sədaqətini alqışlayır. Bu, çox əhəmiyyətlidir və birmənalı yanaşmadır. Eyni zamanda, NATO-nun 2008-ci ildə keçirilən Sammitində qəbul olunan qərara uyğundur. O zaman qərar qəbul etdik ki, Gürcüstan NATO-nun üzvü olacaq. Buna görə, biz Gürcüstanın bu kursa sədaqətini alqışlayırıq.
NATO-Gürcüstan komissiyasının bu il fevralın 5-də iclası keçirilib. İclas Şimal-Atlantika Məsləhət Şurasının dəstəyi ilə NATO ölkələrin müdafiə nazirləri səviyyəsində baş tutub. Komissiyanın iclasında hərbi ittifaqa üzv olan dövlətlər və təşkilatın tərəfdaşları üçün Gürcüstanda NATO-nun Təlim Mərkəzinin yaradılması planı müzakirəyə çıxarılacaq.
Hələ bu ilin martında Alyansın baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirilib ki, NATO və Gürcüstan bu ilin yayında birgə təlimlər keçirəcək. Bu ölkə ilə əməkdaşlıq çərçivəsində Gürcüstanda müntəzəm təlimlər keçirməyi planlaşdırırıq.
Gürcüstanın NATO ilə əməkdaşlığı 1994-cü ildən – Gürcüstanın “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulandan sonra başlayıb. 2004-cü il inqilabından sonra isə bu əməkdaşlıq daha da intensivləşib. 2008-ci ilin aprelində isə Buxarest sammitində Gürcüstan və Ukraynanın NATO üzvü olmasının mümkünlüyü təsdiqlənib. NATO himayəsi altında təlimlər ilk dəfə 2014-cü ilin noyabrında Litvada keçirilib.
Ümumiyyətlə, NATO-nun Cənubi Qafqaz regionunda yaranmış vəziyyətlə bağlı narahatlığı 1994-cü ilin yanvarında Şimali Atlantika Şurası tərəfindən qəbul edilmiş Bəyannamədə öz əksini tapıb. Bəyannamədə ərazi ələ keçirmək məqsədilə gücdən istifadə edilməsi pislənir və Cənubi Qafqaz dövlətlərinin ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə hörmət regionda sülhün, sabitliyin və əməkdaşlığın bərqərar olmasının vacib elementi kimi səciyyələndirilir.
Azərbaycan-NATO əlaqələri 1994-cü ildən başlayır. Belə ki, həmin il yanvarın 10-11-də Brüsseldə keçirilmiş NATO Şurasında Sülh naminə tərəfdaşlıq (SNT) proqramı bəyənildi. SNT proqramına dəvət ŞAƏŞ-də iştirak edən bütün tərəfdaş dövlətlərə, o cümlədən ATƏT-in üzvü olan dövlətlərə göndərildi. 1994-cü il mayın 3-4-də Belçikaya rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev NATO-nun Brüsseldəki mənzil qərargahında NATO Sülh naminə tərəfdaşlıq proqramının Çərçivə sənədini imzaladı. Bununla, Azərbaycan NATO ilə genişmiqyaslı əməkdaşlığı nəzərdə tutan SNT proqramını imzalamış 15-ci dövlət oldu.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu günün hava proqnozu

Next Post

Səfirlik: “ABŞ Azərbaycanda çevriliş hazırlamır”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Səfirlik: "ABŞ Azərbaycanda çevriliş hazırlamır"

Türkiyədə Tailand konsulluğuna hücum olub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.