"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Neft ilin ikinci yarısına ucuzlaşma ilə başladı – Ekspertdən pessimist proqnoz

09 İyul 2015 - 15:48
in İQTİSADİYYAT

Neft ilin ikinci yarısına ucuzlaşma ilə başladı - Ekspertdən pessimist proqnoz

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

İlham Şaban: “Bu il Azərbaycanın neft gəlirləri ötən ilə nisbətən 50 faiz azalacaq”

Neftin qiyməti ilə bağlı xəbərlər sadə insanlar tərəfindən də həyəcanla izlənir. Cari ilin əvvəlində neftin 40 dollara qədər ucuzlaşması və nəticədə manatın kəskin devalvasiyaya getməsi, beynəlxalq iqtisadiyyatda gedən proseslərin sadə insanların cibinə birbaşa təsir etdiyini bir daha sübut etdi. Bu baxımdan, mediada yayılan hər “neft ucuzlaşır” xəbəri insanlarda bir ümidsizlik yaradır.
Bəs, görəsən neftin ucuzlaşmasına təsir edən beynəlxalq və geosiyasi amillər hansılardır? İlin sonuna qədər neftin qiyməti hansı həddə ola bilər? İlin ikinci yarısında neftin qiyməti Azərbaycan iqtisadiyyatına nə vəd edir?
İlham Şaban
Musavat.com-un suallarını cavablandıran Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, neftin ucuzlaşması hazırda bir sıra beynəlxalq faktorlarla bağlıdır: “Təbii ki, neftin ucuzlaşması proqnoz edilən idi. Həm də uzun müddət öncə belə proqnozlar var idi. Neftin ucuzlaşmasına təsir edən beynəlxaq iqtisadi-siyasi amillər əsasən İran, Yunanıstan və Çin faktorudur. Çinin iqtisadiyyatındakı geriləmə, fond birjalarındakı çökmə və ölkə iqtisadiyyatında proqnozdan aşağı göstəricilər neftin qiyməti ilə bağlı da mənfi təzahürlərə gətirib, çıxartdı. Mən daha öncəki açıqlamalarımda da qeyd etmişdim ki, ilin ikinci yarısında neftin ziqzaqvari bir qiymət dəyişməsini müşahidə edəcəyik.
Çünki, dünya bazarında may və iyun aylarında neftin qiyməti stabil oldu və təxminən 65 dollar ətrafında dəyişdi. Ayın sonlarına doğru kəskin qiymət dəyişmələri oldu. Çünki, neft birjalarına hər gün həm siyasi, həm də iqtisadi amillərlə bağlı informasiyaların gəlməsi neftin qiymətinin hətta gün ərzində bir neçə dəfə dəyişməsinə səbəb oldu.
Təsəvvür edin ki, neftin qiyməti gün ərzində 60 dollardan 55 dollara düşür və 55 dollardan 57, 8 dollara qədər artır. Bu hadisə də göstərdi ki, həqiqətən bazarda bir çalxalanma, təlatüm var. Qarşıdan daha böhranlı bir vəziyyət gəlir.
Son məlumatlara görə, iyul ayının 13-ə kimi Yunanıstan banklarında ümumiyyətlə, nəğd pul olmayacaq. İkinci tərəfdən, Avropa Birliyi (AB) Yunanıstana cümə gününün sonuna kimi vaxt verib ki, əgər reformlarla bağlı iş ortaya qoyulmasa, bu ölkə Avropa Birliyindən kənarlaşdırılacaq. Yunanıstan hökuməti isə AB-yə müraciət edib ki, “Bizə yeni kreditlər verin, əks halda biz heç nə edə bilməyəcəyik”.
Vəziyyət onu göstərir ki, bu mürəkkəb iqtisadi şərait müsbət heç nə vəd etmir. Obrazlı şəkildə desək, tunelin ucunda nəinki işıq görünmür, ümumiyyətlə, tunelin ucunda işıq yoxdur. Belə bir şəraitdə neftin qiymətinin artması ilə bağlı ümidlər əsassızdır. Biz ilin birinci yarısını 61 dollarla yekunlaşdırdıq. İlin ikinci yarısı üçün də proqnozlar o idi ki, orta qiymət 61-62 dollar olacaq. Orta illik qiymət isə 62 dollar ətrafında qərarlaşacaq. Ancaq hazır ki, siyasi-iqtisadi faktorlar onu göstərir ki, buna ümid etməyə əsas yoxdur”.
Neftin qarşıdaki aylarda da ucuzlaşacağını proqnozlaşdıran ekspert bunu əsas neft istehsalçısı və istehlakçısı olan ölkələrdə baş verən proseslərlə əlaqələndirdi: “Bu il İran da bazara neft ixracını 600 min barel artırmağı planlaşdırır. Bu, tam şəkildə baş tutmasa, İran 600 min barelin 400 min barelini artırmağa nail olsa belə, bazara yetərincə ciddi təsir edəcək. Bundan əlavə, real faktorlardan biri də odur ki, Avropa zonasında iqtisadi çöküntü gedir. İkinci bir tərəfdən, ən böyük neft istehlakçısı olan Çin neft istehlakını azaldıb, ümumdaxili məhsulu 8 fazidən 5, 5 faizə qədər azaltmağa çalışsa, dünya bazarında neftə olan tələbat da azalacaq və ilin ikinci yarısında neftin qiyməti 55 dollar civarında formalaşacaq. Bu isə Azərbaycan üçün heç də yaxşı nəticələr vəd etmir”.
İlham Şaban bu il neft gəlirlərinin 50 faizdən çox azalacağını da vurğuladı: “Əgər, neftin ikinci yarımildəki qiymətini təqribən 58-59 dollardan hesablasaq, görərik ki, ötən il Azərbaycan neftinin orta qiyməti 101 dollar olub. Bu, o deməkdir ki, 1 il ərzində neftin qiyməti 40 faizdən artıq azalıb. Adekvat olaraq, gəlirlər də 50 faizdən artıq aşağı düşəcək. Çünki, qiymət azalmasına paralel olaraq, hasilatın da azalması baş verir. Azərbaycan hökumətinin açıqlamasına görə, təkcə Azəri-Çıraq-Günəşli neft yatağında təqribən 700 min tona yaxın azalma baş verəcək. Azəri-Çıraq-Günəşli-dən Neft Fonduna gələn mənfəət 92 faizə qədərdir. Bu isə o deməkdir ki, bu neft yatağından təqribən 7 milyard manat civarında mənfəət belə, toplanmayacaq. Ancaq ötən il Azəri-Çıraq-Günəşli neft yatağından 15,1 milyard manat Neft Fonduna mənfəət daxil olmuşdu. Bu isə o deməkdir ki, qiymət azalmaları Azərbaycanın neft gəlirlərinə kəskin təsir edir. Neft ölkəsi olaraq, bu proseslərin bizə təsiri çox kəskin şəkildə özünü göstərəcək. Çünki, hələ də bizim ümumi ixracımızda təkcə xam neftin payı 80 faizə yaxındır”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanlı gəncin layihəsinə 2.5 milyon avro qiymət qoyuldu – Fotolar

Next Post

Rusiya Qərbin hüquq məngənəsində

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

Rusiya Qərbin hüquq məngənəsində

WikiLeaks Azərbaycan XİN-in Səudiyyə Ərəbistanı ilə məxfi yazışmalarını ələ keçirib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.