"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qənirə Paşayeva ön cəbhədə yaşayan kənd sakinləri ilə görüşdü

10 İyul 2015 - 11:15
in XƏBƏR LENTİ
Qənirə Paşayeva ön cəbhədə yaşayan  kənd sakinləri ilə görüşdü

Millət vəkili Qənirə Paşayeva ön cəbhədə yaşayan  kənd sakinləri ilə görüşüb,evlərini sığortalamağa çağırıb və Ramazan bayramlarını təbrik edib.
Millət vəkili Qənirə Paşayeva Tovuzda ön cəbhədə yaşayan sakinlərlə görüşüb Ramazan bayramlarını təbrik edib, qayğı və problemləri ilə maraqlanıb. Ön cəbhədə yaşayan insanlarımızın fədakarlıqlarından, vətən və torpaq sevgisindən danışan millət vəkili Qənirə Paşayeva dövlətimizin daim ön cəbhə kəndlərini xüsusi diqqətdə saxladığını və qayğı göstərdiyini deyərək burada yaşayan insanların Ermənistan tərəfindən ölkəmizə qarşı aparılan işğalçılıq siyasəti zamanı da bu kəndlərin daim qəhrəmanlıqla düşmənə qarşı mübarizə aparmasını xüsusi vurğulayıb.  Millət vəkili Qənirə Paşayeva bir müddət əvvəl Ermənistan Silahlı Qüvvələrinin snayperlərlə hədəfə alaraq yaraladığı bir neçə kənd sakini ilə də görüşüb, onların sağlamlıq vəziyyəti ilə maraqlanıb. Millət vəkili ön cəbhədə sakinlərlə görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili Qənirə Paşayeva həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Seçicilər millət vəkili ilə görüşdə ön cəbhə kəndlərində ünvanlı sosial yardıma ehtiyac olan insanların daha olduğunu bildirərək ona müraciət ediblər və o da bununla bağlı rayonda bu sahəyə cavabdeh qurumla həmin müraciətlərə qısa zamanda baxılmasına dair müzakirələr aparıb.  Sakinlər ön cəbhə kəndlərinə bir sıra güzəştlərin edilməsinin önəmindən danışıblar və bununla bağlı millət vəkili Qənirə Paşayeva Milli Məclisdə bir neçə dəfə məsələ qaldırdığı üçün təşəkkür edərək onu daim diqqətdə saxlamasını istəyiblər. Cənab Prezidentin dəstəyi ilə ön cəbhə kəndlərinə gələn yolların təmiri,  yeni su xətlərinin çəkiişini, su anbarının tikintisini yüksək qiymətləndirdiklərini deyən kənd sakinləri uzun illər əvvəl çəkilmiş və çox köhnəlmiş bir sıra elektrik naqillərinin dəyişməsinə böyük ehtiyac olduğunu bildiriblər.  Sakinlər özəlliklıə ön cəbhə kəndlərində işyerlərinin artmasına xidmət edən layihələrə böyük ehtiyac olduğunu  xüsusi vurğulayıblar. Millət vəkili vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini də deyib.  Millət vəkili Qənirə Paşayeva  elektrik naqilləri və transformatorlarla bağlı məsələni “Azərişıq” ASC-nin sədri Baba Rzayev  ilə danışdığını və onun bu məsələyə böyük önəm veriləcəyinə dair söz verdiyini deyib. Sakinlərlə  görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən də danışıb, sualları cavablandırıb.  Millət vəkili Qənirə Paşayeva kənd sakinlərini mənzillərini sığortalamağa çağırıb və bildirib ki, bu çox ciddi məsələdir. Çünki evləri müxtəlif hadisələr zamanı yararsız vəziyyyətə düşmüş bəzi ailələrin üzləşdiri problemlər bu məsələyə daha həssas yanamağı tələb edir. Millət vəkili sakinləri  uşaqların təhsilə daha da ciddi önəm verməyə də çağırıb. Millət vəkili kənddə sakinlərlə görüşdən sonra balacalara da xüsusi diqqət ayırıb. Onlarla söhbət edən Qənirə Paşayeva analarla da geniş söhbət edib və balacaları zərərli təsirlərdən qorumağa, onların fiziki olduğu qədər mənəvi olaraq da sağlam böyüməsinə xüsusi diqqət etməyə çağırıb və özünün müəllifi olduğu kitabları və bir sıra maraqlı materialları onlara hədiyyə edib. Millət vəkili bir sıra imkansız  ailələri və xəstələri də ziyarət edib və onların qarşıdan gəlıən Ramazan bayramını təbrik edib.










Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ramil Usubovdan təcili iclas

Next Post

Yunanıstan 53,5 milyard avro borc istədi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Yunanıstan 53,5 milyard avro borc istədi

Dollar və avroda son vəziyyət - Cədvəl

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.