Bəzən gecələr mətbəx bizlər üçün daha cəlbedici görünə bilər. Axşam saatlarında film seyr edərkən, çalışarkən qəbul etdiyimiz qidalar nə qədər zövqümüzü oxşasa da sağlamlığımız üçün təhlükə mənbəyidir. Dietoloqlar xəbərdarlıq edir ki, gecə qəbul edilən bir çox qidalar həzm, yuxu problemləri, artıq çəki kimi bir çox sağlamlıq problemləri kimi bizə geri dönə bilər. Bəs, görəsən gecə hansı qidaların qəbulundan tamamilə imtina etməliyik? Ekspertlər bir çox qida məhsullarının gec saatlarda qəbul edilməsini tövsiyyə etmir.
Şokolad
Gecə yediyimiz şokoladlar yağ olaraq bədənimizdə depolanır. Xüsusilə şokoladın içərisindəki kafein normal yuxu yatmağa mane olur. Şokolad tərkibindəki digər maddələrlə birlikdə ürək ritmini artırır. Dadlı qidalardan biri olan şokolad bəzən həddindən artıq tükədilir, bu isə yan təsirlərə səbəb ola bilər. Buna görə də xüsusilə gecə şokoladdan uzaq durmaq lazımdır.
Qazlı içkilər
Ümumiyyətlə, qidaların ziyanı haqqında nə qədər danışılsa da, içkilər daha az ziyanlı hesab edilir. Halbuki yediklərimiz qədər içdiklərimizin də orqanizmimiz tərəfindən necə qəbul edilməsi əhəmiyyətlidir. Gecə içilən kola, limonad kimi qazlı içkilərin tərkibindəki karbon turşusu mədəni qaz ilə doldurur, qarının şişməsinə səbəb olur və gecə boyu insanı narahat edir. Qazlı içkilər şirniyyat istəyinizi də tətikləyə bilər. Bu zaman daha çox şəkər qəbul edərək həddindən artıq kalori ala bilərsiniz.
Un məhsulları
Gecə içdiyimiz çayın yanında mütləq un məhsulları olan şirniyyatlar qəbul etmək istəyirik. Bu bir anlıq bizə xoşbəxtlik versə də, qana sürətli qarışdığı üçün daha çox yemək istəyirik və bu vəziyyətdə də daha çox yağ qəbul edib, daha yüksək kalori almış oluruq. Xüsusilə gecə yeyilən un məhsulları mədədə yanma yarada bilər və bu da yuxu problemlərinə səbəb olar.
Çipsi
Çipsinin tərkibində həddindən artıq yağ olduğundan gecə yeyilən çipsi bütünlükdə bədənizmizdə yağın yığılmasına səbəb ola bilər. Günün passiv olduğumuz saatlarında aldığımız həddindən artıq kalorilər bel və ətraflarda piylənməyə səbəb olur və ürək xəstəlikləri riskini artırır. Bu cür yağlı qidalardan xüsusilə gecə saatlarında imtina etməliyik.
Partlamış qarğıdalı
Partlamış qarğıdalının tərkibində yüksək miqdarda yağ var və bundan əlavə yağda qovrulmasını da nəzərə alsaq bu birmənalı şəkildə piylənməyə səbəb ola bilər. Partlamış qarğıdalıya adətən bol miqdarda duz qatıldığı üçün bədəndə şiş yaranmasında da gətirib çıxarır.
Fast-food
Ayaqüstü fast-food yeməklərindən təkcə qidalardan yalnız gecə deyil, hər zaman uzaq durmalıyıq. Hamburger və pizzalar bəzən damaq dadınızın vazkeçilməzi olur. Dost məclislərində, gecə gec saatlara qədər işlədiyiniz zaman acarkən ən praktik variant hamburger və ya pizza sifarişidir. Halbuki gecə yatmazdan əvvəl yeyilən pizza və hamburger kimi qidalar yüksək kaloriyə sahib olduqları üçün bədəninizdə yağ olaraq yığılacaq. Mədədə təbii turşuların istehsalını artıraraq mədəni yandırar və gecə boyu yuxu probleminə səbəb olur
Qəhvə
Qəhvənin tərkibi kafeinlə zəngin olduğundan gecə qəbul edildikdə ürək ritmini artırır, əlavə enerji verir və yuxu probleminə səbəb olur. Bu təkcə gecə yuxusuzluğu ilə qalmayıb, səhər özünüzü yorğun və əzgin hiss etmənizə də təsir edir.
Şərbətli şirniyyatlar
Paxlava kimi şəkəri həddindən artıq kalori almağa və qan şəkərinin nizamsız olaraq yüksəlməsinə səbəb olur. Gecə yeyilən şərbətli şirniyyatlarin həzmi daha çətindir və yediklərimizin artıq çəki olaraq bizə dönməsinə gətirib çıxarır.
Makaron
Gecə saatlarının ən praktik yeməyi olaraq hazırlanan makaronlar karbohidratla zəngin olduğu üçün çəki artımını sürətləndirir.
Meyvə suları
Vitamin və mineral mənbəyi olaraq qəbul edilən meyvə suları əslində sağlamlığımıza yönəlmiş gizli bir silahdır. Vitamin qəbul edim deyərkən yüksək kalori də ala bilərik. Çünki meyvə sularının tərkibində yüksək miqdarda şəkər olduğu üçün piylənmə riskini artıracaq.
Spirtli içkilər
Spirtli içki qəbul etmək mübadiləsini pozmaqla qaraciyərin funksiyasını da pozur. Kökəlmə prosesini sürətləndirdiyi kimi qaraciyər yağlanılmasına da səbəb olur.
Nərgiz Liftiyeva













