
Çin hökuməti ölkəsindəki Türkiyə diplomatlarını xaricə qaçmağa çalışan uyğur türklərinə saxta pasport verməklə ittiham edib.
Avropa.info xəbər verir ki, kommunist Çin hökuməti xaricə gedən uyğurların əsasən Suriya və İraqdakı döyüşlərə qatılmaq üçün, ölkədən çıxdıqlarını iddia edib.
Çinin Dövlət Təhlükəsizliyi və Cinayət Axtarış İdarəsinin şöbə rəisi Tonq Bişan keçirdiyi mətbuat konfransında Türkiyəni ittiham edib. O , bildirib ki, bir neçə ay öncə, Şanxayda ölkədən qaçmağa çalışan uyğurlara türk pasportu verən şəxsləri saxlayıblar.
Çin rəsmisi iddia edib ki, Türkiyəyə aparılan uyğurlar burada İraq və Suriyada vuruşan qruplara satılır. Tonq deyib ki, uyğurların İRaq və Suriyaya döyüşməyə aparılmasının arxasında Türkiyə durur.
“Müəyyən yerli qüvvələr də onlara dəstək verirlər . Gəncləri təşkil edirlər, beyinlərini yuyurlar və cəbhəyə vuruşmağa göndərirlər.”



