
Katoliklərin ruhani lideri Papa Fransiskonun Cənubi Amerika ziyarətindən sonra açıqlama verən Bolivya prezidenti Evo Morales Papaya qarşı sui-qəsd törədilə biləcəyindən narahat olduğunu açıqladı.
Dövlət rəhbəri Evo Morales ölkəsində çıxan ” La Razon” qəzetinə verdiyi müsahibədə Papanın antikapitalist və antiimperialist baxışlarının oldunu deyib və bunun bəzi qrupların xoşuna getməyəcəyini bildirib: “Ona qarşı sui-qəsd törəlidə bilər”.
Evo Morales açıqlamasında deyib: “Papanın Irupanada çıxış etdiyi ayindən sonra nə düşündüm, bilirsiniz? Papa ayini bitirərkən “mənim üçün dua edin” dedi. O an Papanın həyatının təhlükə altında olduğunu hiss etdim. Bu məni çox çox qorxudur”.



