"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Çin hipersonik raketləri sınaqdan keçirir

21 İyul 2015 - 10:23
in XƏBƏR LENTİ

Çin hipersonik raketləri sınaqdan keçirir

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Daha müasir silah inkişaf etdirmək səylərinin bir hissəsi olaraq, Çin son 18 ayda dörd hipersonik raketi sınaqdan keçirib.
Hipersonik  raket səs sürətindən beş dəfə yüksək sürətə çata bilmək qabiliyyətinə malikdir.
Çin yeni hipersonik raketi sınaqdan keçirdiyini ən son iyunun 9-da təsdiqləyib, lakin rəsmi Pekin rekord sürətlə nüvə döyüş başlığı daşıyan bu raketləri “tamamilə elmi məqsədlə” sınaqdan keçirdiyini və heç bir ölkəni hədəf almadığını deyib.
Birləşmiş Ştatlar, Rusiya və Hindistan da düşmən raketlərinin qarşısını almaq, kosmosu müdafiə etmək və silahların sürətli şəkildə çatdırılmasını təmin etmək məqsədilə hipersonik raketlər inkişaf etdirir.
Çinin Birləşmiş Ştatlara çata bilməsi narahatlıq doğurur
Çinin sınaqlarından birinin uğursuz alınmasına və ölkənin  hələ də raket texnologiyaları sahəsində Birləşmiş Ştatlardan geri qalmasına baxmayaraq, Çin hipersonik qabiliyyətini sürətlə inkişaf etdirir və gələcəkdə Birləşmiş Ştatları ötə bilər.
“Mən qeyd etmək istərdim ki, mövcud dəlillər hazırda Çinin hipersonik silah imkanlarının Birləşmiş Ştatlardan daha az inkişaf etdiyinə dəlalət edir. Lakin bu demək deyil ki, Çin bunu sürətli inkişaf edib ABŞ-ı geridə qoya bilməz,”-deyə Karneqi Beynəlxalq Sülh Fondunun Nüvə siyasəti proqramının baş elmi işçisi Ceyms Akton bildirib.
ABŞ ordusu hipersonik raketləri 2010-cı ildən bəri sınaqdan keçirir və ən son uğurlu sınaq iki il öncə baş tutub. Gələn 5-10 il ərzində hipersonik raketlərin hərbi silah arsenalına daxil olacağı gözlənilir, bu isə Birləşmiş Ştatların hərbi ballistik imkanlarını artıracaq.
ABŞ Hərbi Hava Qüvvələrinin Tədqiqat Laboratoriyasının baş texnologiya zabiti Morli Ston deyir ki, hipersonik imkanları inkişaf etdirmək səyləri davam edəcək.
“Biz bilirik ki, bizim daha sürətli silahlara ehtiyacımız var. Bu isə o deməkdir ki, biz hipersonik imkanlarımızı inkişaf etdirməliyik.”
Lakin Ceyms Akton deyir ki, Birləşmiş Ştatların hipersonik imkanlar sahəsində irəlidə olmasına baxmayaraq, Çinin hipersonik silahları ABŞ üçün böyük təhlükə yarada bilər, “çünki texniki baxımdan böyük əraziləri hipersonik silahlardan qorumaq mümkün deyil.”
 ABŞ Konqresi hipersonik silahlardan xəbərdardır
Son illər Birləşmiş Ştatlar Konqresi də Çinin hipersonik texnologiyaları inkişaf etdirməsi və ABŞ-ın bu sahədə geri qala bilməsi ilə bağlı narahatlığını ifadə edib.
ABŞ rəsmiləri isə hələ də ümid edirlər ki, ABŞ-ın hipersonik raketlər kimi daha üstün sürətli hücum imkanları potensial düşmənlərin ölkəyə hücum etməsinin qarşısını ala biləcək.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Yeni ipoteka siyasəti mənzil bazarında ciddi canlanma yaradacaq

Next Post

İlham Əliyev jurnalistlərlə görüşür – Foto

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

İlham Əliyev jurnalistlərlə görüşür - Foto

Dollar bahalaşdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.