
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Iyulun 20-də Milli Mətbuatın 140 illiyi münasibətilə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə jurnalistləri təltif etdi. Həmin jurnalistlər arasında Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Əməkdar jurnalist” fəxri adını alıb.
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu təbrik edib. Təbrikdə deyilir:
“ Hörmətli Rauf bəy, sizi fəxri ad almağınız və Milli Mətbuatın yaranmasının 140 illiyi münasibətilə təbrik edir, işlərinizdə və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
Siz Azərbaycan mətbuatının, Azərbaycan jurnalistikasının inkişafında özünəməxsus yeri olan birisiniz. Regionun ən iri tirajla çap olunan, söz, mətbuat azadlığı, Azərbaycanın demokratikləşməsi uğrunda daima və yorulmadan mübarizə aparan, həmişə haqqı tapdalananların arxa-dayağı, haqq yolunda olanların səsi olan, Azərbaycan jurnalistikasına çoxlu sayda tanınmış, peşəkar jurnalistlər bəxş edən bir qəzetin baş redaktoru kimi aldığınız fəxri adı haqq etmişiniz.
Hörmətli Rauf bəy, bir daha Sizi səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətlərinizdə uğurlar diləyirəm”
Ümid Partiyasının Mətbuat Xidməti



