Ötən il ən çox haqqında danışılan mövzulardan biri “Bir vedrə buzlu su” kampaniyası uğurlu oldumu? Yığılan pullar hara getdi? ALS dərnəyi bu barədə açıqlama verib.
ABŞ-dakı ALS dərnəyi tərəfindən başladılan və Mark Zukerberq, Bill Qeyts kimi məşhur insanların da qoşulduğu kampaniya qısa müddətdə böyük səs gətirdi. Kampaniyaya qoşulanlar ya ölkəsində olan ALS dərnəyinə ianə bağışlamalı, ya da başından aşağı buzlu su tökməli idi.
Həmin şəxsin özündən sonra dəvət etdiyi insan isə bu iki seçimdən birini 24 saat ərzində yerinə yetirməli idi.
ALS dərnəyi səs gətirən bu kampaniyada yığılan pulların məbləğini açıqlayıb. Məlum olub ki, cəmi 115 milyon dollar pul yığılıb. Bu məbləğin 77 milyon dolları, yəni 66 faizi ALS-nin tədqiqatları üçün istifadə olunub. Geri qalan məbləğ isə texniki təchizat və xəstələrə xərclənilib.
Aygün Səfərli,
Musavat.com



