"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Şuşaya qaçan milyarder siyasi oyunlara qoşulub

22 İyul 2015 - 09:40
in XƏBƏR LENTİ

Şuşaya qaçan milyarder siyasi oyunlara qoşulub

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Arzu Nağıyev: “Rusiya tərəfi bütün beynəlxalq normalara riayət etməli və Sterliqov məsələsinə son qoymalıdır”; Hikmət Hacıyev: “Məsələ diqqət mərkəzindədir”

Rusiyalı avantürist və iş adamı German Sterliqov Moskvadan Dağlıq Qarabağdakı ailəsinin yanına qayıdıb. Sterliqov Moskvada olduğu müddətdə hüquq-mühafizə orqanları ona heç bir maraq göstərməyiblər, bu səbəbdən milyarder Şuşadakı ailəsinin yanına geri dönüb. Sterliqov iddia edib ki, bunu Azərbaycan və Rusiya KİV-lərindəki “böhtanlara” cavab vermək üçün edib.

Xatırladaq ki, rus milyarder işğal altındakı Qarabağa icazəsiz gəldiyindən Azərbaycan Xarici İşlər Nazirliyi onu “arzuolunmaz şəxs” elan edib və adını “qara siyahı”ya salıb. Rus millətçiləri ilə işbirliyində olduğu iddia edilən bu şəxs nədənsə Rusiyada hər hansı təzyiqlə üzləşmədi və sərbəst şəkildə yenə işğal altındakı Azərbaycan ərazilərinə döndü. Bu da ondan xəbər verir ki, o, əslində hansısa layihəni həyata keçirir və burada Kremlin də konkret maraqları var.
XİN-in mətbuat katibi Hikmət Hacıyev “Yeni Müsavat”a aşıqlamasında dedi ki, rəsmi Bakı Sterliqovun Qarabağa ilk səfəri zamanı mövqeyini açıqlayıb: “Hiss olunur ki, o, publikaya və reklama işləyən adamdır.
Bu mənada əlavə reaksiyamız onun reklamına xidmət edir. Ona görə də hələ gözləmə mövqeyi tutmuşuq. Görək Rusiya hüquq-mühafizə orqanlarının işi necə qurtaracaq. Çünki orda da bununla bağlı bir sıra fikirlər var, cinayət işində, hər hansı epizodlarda adı hallanır. Gözləyirik ki, məsələ necə bitir”. Sterliqovun Azərbaycanı hədələməsinə gəldikdə, XİN sözçüsü dedi ki, bu adam rəsmi şəxs olmadığı üçün onun dediklərinə hansısa cavab verilməsi məqsədəuyğun sayılmır.
Qarabağa Rusiyadan köç edənlərin sayı barədə konkret statistikanın olmadığını vurğulayan Hacıyev qeyd etdi ki, hazırda rəsmi Bakının “qara siyahı”sında 472 nəfərin adı var: “Bunların əksəriyyəti gəlib-gedən xarakteri daşıyır. Bəziləri erməni lobbisi, erməni diasporunun təsiri altında olan şəxslərdir. Amma daimi əsasda orada qalma halı ancaq Suriyadan olan erməni əsilli şəxslərdə özünü göstərir. Bir sıra başqa regionlardan erməni əsilli şəxslərin məskunlaşması halı da var. Biz say əmsalını dövlətlər üzrə deyil, fərdi şəxslər üzrə aparırıq. Dövlətlərin əksəriyyəti tərəfindən öz vətəndaşlarına Azərbaycanın işğal olunmuş ərazilərinə getməmək barədə tövsiyə verilib və bu, XİN-lərin saytında da öz əksini tapıb. Fərdi şəxslər tərəfindən bu addımlar atılırsa, artıq fərdi məsuliyyətdən söhbət gedir. Biz də onlara daha çox fərdi əsaslarla yanaşmağa çalışırıq”.
Sterliqov Şuşada qanunsuz olaraq yaşamaqda davam etsə, rəsmi Bakı sadəcə susacaqmı? H.Hacıyev:“Xeyr, hazırda məsələ araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq növbəti tədbirlər görüləcək. Sadəcə olaraq, hadisələri ertələyib hər hansı şərh vermək istəmirik. Amma məsələ diqqət mərkəzindədir”.
XİN təmsilçisi onu da əlavə elədi ki, E.Məmmədyarovun Moskva səfərində bu məsələ müzakirə mövzusu olmayıb. Eyni zamanda H.Hacıyev Bakının Rusiya ilə bağlı məsələlərə ehtiyatlı yanaşdığı barədə iddiaları qəbul etmədi: “Azərbaycanın mövqeyi prinsipial xarakter daşıyır və bu mövqe ölkəmizin qanunlarına əsaslanır. Vətəndaşlığından asılı olmayaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən hər bir şəxs ”arzuolunmaz şəxslər” siyahısına daxil edilir. Hətta burada bir hal da var ki, Slovakiya vətəndaşı Mikloşka barəsində XİN-in qaldırdığı məsələ ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən cinayət işi də açılıb”.
 
Politoloq Arzu Nağıyev deyir ki, əvvəlcədən də Sterliqovun işğal olunmuş Azərbaycan ərazilərinə biznes qurmaq üçün gəlməsi inandırıcı deyildi: “Yəqin ki, milyardlarla sərvət sahibi olmuş bu şəxs beynəlxalq normalardan və hüquqdan xəbərdardır. Nəticə budur ki, bu şəxs işğal olunmuş ərazilərə biznes qurmaq üçün gələ bilməz və bu biznesin perspektivi yoxdur. Dağlıq Qarabağ münaqişəsi hərbi və ya sülh yolu ilə həll edilərsə, torpaqlar azad olunarsa, Sterliqovun quracağı biznesin aqibəti məlumdur ki, yaxşı olmayacaq. Yəni məntiqlə bu şəxs hansısa maliyyə və digər maxinasiyalardan, dələduzluqdan qaçaraq nəzarətsiz ərazidə kölgələnmək istəyir”.
A.Nağıyev Sterliqova qarşı Rusiyada cinayət işinin başlanmasını da vurğuladı: “Digər tərəfdən, ola bilsin ki, o, qondarma quruma hansısa investisiya qoymaq adı ilə çirkli pullarını yuyur. Yəni müharibə şəraitində və ya hər hansı silahlı münaqişə baş verərsə, həmin çirkli pullar silinəcək.  Sterliqovun qayıdışı da bir siyasi gediş kimi qiymətləndirilə və digər biznesmenlərə ”örnək” kimi xarakterizə oluna bilər. Onun öz sözlərinə görə, guya xristian həmrəyliyi nümayiş etdirir. Nəticə budur ki, onu göndərən şəxslər və ya təşkilatlar sanki bir yoxlama-kəşfiyyat tədbirləri keçirir. Düşünürəm ki, Rusiya tərəfi bütün beynəlxalq normalara riayət etməli və Sterliqov məsələsinə son qoymalıdır. Çıxışlarından da hiss edilir ki, Sterliqovun açıqlamaları heç bir məntiqə və hüquqi normalara söykənməyən boş danışıq və sayıqlamadan başqa bir şey deyil”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İşğalçılara ət aparan azərbaycanlılar tutuldu – FOTOLAR

Next Post

Bağdadda partlayışlar: 19 ölü

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bağdadda partlayışlar: 19 ölü

Korrupsiya idarəsi 13 nəfəri axtarır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.