
İsrailin lideri Benyamin Netanyahu ABŞ-ın müdafiə naziri Aşton Karter ilə Qüdsdə biraraya gəlib.
A.Karter İran ilə əldə olunan nüvə razılaşması ilə bağlı narahatlığını bildirən İsrailə səfər edib. Netanyahu ilə görüşən nazir mətbuat konferansı keçirməyib. İsrail mətbuatı da sadəcə, bir şəkil paylaşa bilib.
İranla əldə olunan nüvə razılaşmasına görə İsrail və ABŞ arasında gərginliyin artması səbəbiylə keçirilən görüşdən sonra heç bir məlumatın verilməməsi görüşmənin müsbət keçmədiyi ilə bağlı dedi-qodular yaradıb.
Ötən həftə İsrailin müdafiə naziri ilə görüşən A.Karter bunları söləyib: “İsraili müdafiə etmək istiqamətində olan bağlantımız möhkəmdir. Aramızdakı ittifaq hər zamankından daha da güclüdür”



