
Amerikanın Ruminyaya yerləşdirəcəyi raket qalxanlarını Rusiya Krıma TU-22M3 tipli bombardman təyyarələri yerləşdirməklə təsirsizləşdirməyi düşünür.
Moskvanın qısa bir zamanda TU-22M3 qırıcı təyyarələrini Krıma yerləşdirməsi gözlənilir.
Rusiyanın Müdafiyə Nazirliyindən İnterfaksa verilən məlumatda TU-22M3 bombardman təyyarələrinin Qara dəniz sərhədlərini keçərək Qara dəniz və ətrafındakı hava qüvvələrini möhkəmləndirəcəyi bildirilib.
Rusiyanın Hipersonik-4202 döyüş təyyarələri də Amerikanın raket qalxanı layihəsini təsirsizləşdirəcək.
Açıqlamada Rusiyanın Hipersonik-4202 döyüş təyyarələrinin sınaq uçuşlarının bu il də davam edəcəyi, Amerikanın da öz növbəsində yeni döyüş təyyarəsi üçün çalışdığı bildirilib.
Gələcəyin silahları olaraq göstərilən hipersonik təyyarələr çox sürətli hərəkətləri və çox həssas idarə olunan raket sistemi ilə tanınır. Rusiya 1990-cı illərdə sonlandırdığı bu layihələri indi bir sıra elmi iş institutları vasitəçiliyi ilə davam etdirir.



