"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Polad Bülbüloğlu: “German Sterliqovun hərəkətləri təxribatdır”

23 İyul 2015 - 17:28
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Polad Bülbüloğlu: “German Sterliqovun hərəkətləri təxribatdır”Səfir “Exo Moskvı” radiosunun canlı efirində Rusiya vətəndaşlarını işğal altında olan Dağlıq Qarabağa səfər etməkdən çəkinməyə çağırıb

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya vətəndaşı German Sterliqovun Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfəri, orada Azərbaycan dövləti və ölkənin ərazi bütövlüyünə qarşı etdiyi çıxışlar və çağırışlarla bağlı “Exo Moskvı” radiosuna müsahibə verib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, canlı efirdəki müsahibə zamanı aparıcı Vladimir Varfolomeyev Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən G. Sterliqova qarşı cinayət işinin qaldırılmasının səbəbləri ilə maraqlanıb.
P. Bülbüloğlu bildirib ki, Dağlıq Qarabağ rəsmi olaraq bütün dövlətlər tərəfindən, o cümlədən Rusiya Federasiyası tərəfindən işğal olunmuş Azərbaycan ərazisi kimi qəbul olunur. Bu terminin münaqişə ilə bağlı beynəlxalq qətnamə və sənədlərdə, o cümlədən BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamədə əks olunduğunu, Rusiyanın da TŞ-nin üzvü kimi bu qətnamələrə səs verdiyini, sözügedən ərazilərin de-yure Azərbaycan əraziləri olduğunu deyən səfir, bütün dünya dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulayıb.
Münaqişənin gec-tez həll olunacağına əminliyini ifadə edən P. Bülbüloğlu hər bir insanın işğal olunmuş ərazilərə səfər etməklə bağlı cavabdehlik daşıdığını söyləyib. O, Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahı”sında adları qeyd olunan şəxslərin Azərbaycan tərəfinə əsaslı müraciət edəcəkləri təqdirdə, həmin şəxslərin adlarının siyahıdan çıxarılması məsələsinə baxıla biləcəyini nəzərə çatdırıb. Lakin konkret G. Sterliqovun məsələsinə gəldikdə, P. Bülbüloğlu qeyd edib ki, həmin şəxs işğal altında olan ərazilərə qanunsuz səfərdən, Dağlıq Qarabağı Ermənistan ərazisi kimi tanıtmaq cəhdlərindən əlavə, jurnalistlərə, müxtəlif iş adamlarına dəvətlər edib ki, bu da Azərbaycan Respublikası dövlətinə, ərazi bütövlüyünə qarşı çağırış kimi qəbul olunur. Bu səbəbdən də Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının “Dövlət sərhədi”, “Pasportlar haqqında” qanunlarının və ən əsası, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin ciddi şəkildə pozulması səbəbindən cinayət işinin başlandığını söyləyən səfir, G. Sterliqovun hərəkətlərini təxribat adlandırıb və münaqişə zonasında atəşkəs rejiminin pozulduğunu xüsusi vurğulayaraq Rusiya vətəndaşlarını münaqişə zonasına səfər etməkdən çəkinməyə çağırıb.
P. Bülbüloğlu G. Sterliqovun cinayət məsuliyyətinə cəlb olunmasının zəruriliyini qeyd edərək, məsələ ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun məşğul olduğunu və onun cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan və Rusiya arasındakı mövcud geniş hüquqi bazanın, həmçinin İnterpolun imkanlarından istifadə ediləcəyini açıqlayıb.
Canlı efir zamanı G. Sterliqovun işğal olunmuş Azərbaycan ərazilərinə səfəri, Bakının buna sərt reaksiyası ilə bağlı sorğu aparılıb. Sorğunun nəticələrinə görə, səs verənlərin 78%-i Azərbaycanın mövqeyini dəstəkləyib.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyə Dövlət Təhlükəsizlik müşaviri hesabat təqdim edib – Neçə nəfər İŞİD-ə qoşulub

Next Post

Vətəndaşlar Ağdamın işğal gününü xatırlayırlarmı? – VİDEOSORĞU

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Vətəndaşlar Ağdamın işğal gününü xatırlayırlarmı? - VİDEOSORĞU

Qəbələnin bir kəndini sel basdı, sakinlər evlərini tərk etdilər - FOTOLAR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.