
Dünən Şanlıurfada iki polisin şəhid olunmasının ardından, bu gün də Diyarbəkirdə polisə qarşı hücum olunub.
Axşam saatlarında “Şəhidlik” küçəsində yol nəqliyyatına nəzarət edən iki polis naməlum şəxslərin hücumuna məruz qalıb. Polislərdən birinin başından yaralandığı bildirilib.
Hücumdan sonra həm qurudan, həm də helikopterlər vasitəsilə havadan axtarışlara başlanılıb.
Hücumu kimin və ya kimlərin etdiyi hələlik bilinmir.



