"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“İranla ABŞ-ın dost-müttəfiqliyi mümkün deyil”

25 İyul 2015 - 08:47
in SİYASƏT

“İranla ABŞ-ın dost-müttəfiqliyi mümkün deyil”

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Ekspert: “Nüvə razılaşmasından İran qalib çıxsa da, qarşıdakı illərdə ölkədə daxili siyasi problemlər artacaq…”

İranın “altılıq” ölkələri ilə nüvə məsələsində anlaşma əldə etməsi Yaxın Şərqdə yeni siyasi situasiyanın yaranacağı ilə bağlı iddialara səbəb olub. Bir sıra Qərb analitiklərinə görə, ABŞ İranla münasibətlərini yenidən yaxşılaşdırmağa və onu bölgə müttəfiqinə çevirməyə çalışacaq. Hətta bu barədə anlaşmadan dərhal sonra İngiltərə qəzetlərində geniş təhlillər yer almışdı.

Bir çoxlarına görə, Vaşinqton Tehranla Yaxın Şərqdə siyasi münaqişələrin həllində və digər məsələlərdə əməkdaşlıq edə bilər. Məhz bu ehtimala görə, Vaşinqtonun ənənəvi bölgə müttəfiqləri olan İsrail, Səudiyyə Ərəbistanı və körfəz ərəb dövlətləri ilə münasibətlərində etimadsızlıq yaranıb – baxmayaraq ki, hələlik hər iki tərəf – həm Vaşinqton, həm də Tehran siyasi xəttin dəyişməyəcəyi ilə bağlı bəyanatlar verirlər. 
Fransa Beynəlxalq Araşdırmalar Mərkəzi (CERI), Paris Siyasi Elmlər İnstitutunun eksperti Bayram Balçı deyir ki, İranın Yaxın Şərq siyasətinin dəyişəcəyi və ABŞ-ın regionda İrana “stavka” edəcəyi ehtimalı azdır, yaxud ən azı, yaxın dövr üçün mümkün deyil: “Bunun olacağına inanmıram, olsa da, yaxın dövrdə mümkün deyil. Çünki İranda xalq hələ də ABŞ-a nifrət edir. Bu səbəbdən başqa məsələlərdə anlaşmaları, birgə siyasi fəaliyyətləri mümkün deyil. Çünki hər iki toplum bir-birinə ziddir”.
İranın “altılıq” ölkələri ilə anlaşmasının Tehran üçün uğurlu olduğunu qeyd edən Balçının fikrincə, indiki mərhələdə münasibətlərin daha da irəli getməsi real görünmür: “İran rejimi bu anlaşmada qazandığı üçün bəlkə də bundan sonra İran ictimai rəyi daha qatı anti-Amerikan olacaq. ABŞ, sadəcə, indiki mərhələdə gərgin atmosferin sakitləşməsini istəyirdi və buna nail oldu. Çünki bu qədər gərginlik və qarşıdurma İranı tədric etməklə yanaşı, Amerika üçün də zərərli oldu. İndiki anlaşmanın əsl hədəfi bir az daha mədəni əlaqələr qurmaq, gərginliyi yumşaltmaq məqsədi güdür. Ancaq dost olmaq üçün daha uzun zaman tələb olunacaq. Məsələn, İran ”Hizbullah”a yardım etməyə davam edəcək. Və buna da Amerikanın razı olması mümkün deyil.
Yəni nə İran “Hizbullah”dan vaz keçməz və keçmədikcə də yəhudi lobbisi Vaşinqtonu əfv etməz. Yaxud İran Suriyada Əsədi buraxarmı? Fələstin məsələsinin nə zaman həll olunacağı bəlli deyil. İran anti-İsrail siyasətindən əl çəkmədikcə Amerikanın dostu ola bilməz. Hətta onu da edərsə belə, o zaman İran Yaxın Şərqin lider dövləti ola bilməz”.
Bayram Balçı deyir ki, Yaxın Şərqdə siyasi dəngələrin dəyişməsi real görünmür. Bundan başqa, ekspertə görə, İranın Qərblə anlaşması yaxın dövr üçün Tehranın uğuru olsa da, Qərblə yaxınlaşma İranın daxilində siyasi vəziyyətə təsir edəcək: “İndi bəziləri iddia edir ki, Türkiyə getdikcə daha çox anti-amerikaçı olur, İran isə əksinə, Amerikanın dostu olur. Mən buna inanmıram, bunun baş verməsi ən azı yaxın dövr üçün mümkün deyil. Bir az çox gözləmək lazım gələcək. İran inadkardır, prinsiplərindən vaz keçməz. Təbii ki, bu məsələdə İran qazandı, Amerika isə itirdi. Yəni indi bu məsələdə İranın qalib gəlib Amerikaya güzəştə getməsi mümkün deyil.
Çünki bu prosesdən İran faktiki olaraq qalib çıxdı. Xarici rəqiblər məğlub oldu. Amma indi İranın yeganə əsas təhlükəsi daxildəki siyasi vəziyyətdir. Yəni nüvə məsələsində qazansa da, bu məsələ onu daxildə zəiflədir. Çünki bu günə qədər xaricdəki rəqiblərə qarşı birlik vardı. Amma bu savaş qazanıldı və bundan sonra daxildə birlik zəifləyəcək. Hansı ki, bunun işarələri artıq mövcuddur. Bundan sonra İran daxili siyasətdə zəifləyəcək. Xalq islam inqilabına qarşı olacaq. Diqqət edin, buna qədər bütün Yaxın Şərqdə xalqlar hakimiyyətlərə qarşı çıxdılar, yalnız İranda xalq ayaqlanmadı, hakimiyyətin yanında oldu. Amma bundan sonra belə olması çətin olacaq. Bir gün ərəblər, kürdlər, bəluclar, azərbaycanlılar İran hakimiyyətindən hesab soracaqlar. O zaman İranın başı ağrımaya başlayacaq”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Saakaşvili ilə oliqarxın mübahisəsi qızışır

Next Post

Ermənistan Rusiyanın Azərbaycana silah satmasından narahatdır

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Ermənistan Rusiyanın Azərbaycana silah satmasından narahatdır

İŞİD Türkiyəni yeni terror aktları ilə təhdid edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.