
Avstraliyanın “İnstitute for Economics and Peace” analitik təşkilatı sakit və sülh içində yaşayan ölkələrin reytinq cədvəlini tərtib edib. Təşkilat cədvəli zorakılıq və cinayət sayı, müdafiə və hərbi xərclər, qonşu dövlətlərlə münasibətlər, qaçqın sayı və insan hüquqları sahəsindəki vəziyyətlə bağlı 23 ayrı-ayrı kriteriyalar üzrə tərtib edib.
“İnstitute for Economics and Peace” təşkilatı Şimali Afrika və Yaxın Şərq ölkələrini yaşayış üçün ən təhlükəli ölkələr siyahısına daxil edib. Ən sakit ölkərin sırasında ilk pillələri Şimali Avropa ölkələri tutur.
Hərbi münaqişənin yaşandığı Ukrayna ötən illə müqayisədə 8 pillə geriləyərək 162 ölkə arasında 150-ci yeri tutub. Şimal qonşumuz Rusiyanın da göstəricisi pisləşib və yaşamaq üçün ən təhlükəli ölkələr sırasına daxil olub. Rusiya 152-ci pillədə qərarlaşıb. Qonşularımızdan Türkiyə 135-ci, Ermənistan 91-ci, Gürcüstan 79-cu, İran 138-ci yerdə gəlir. Azərbaycan isə 132-ci pillədə qərarlaşıb.
“İnstitute for Economics and Peace” təşkilatının hesablamalarına görə, ötən il ərzində planetimizdə baş verən zorakılıq faktları ümumilikdə 14,3 trilyon dollar zərərə səbəb olub (modern.az).



