"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda iş saatı dəyişdirilir (FOTO)

28 İyul 2015 - 18:59
in XƏBƏR LENTİ

Azərbaycanda iş saatı dəyişdirilir (FOTO)

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Baş nazirinin müavini Abid Şərifov iş qrafikində dəyişikliklərlə bağlı açıqlama verdi

Azərbaycanda iş saatının dəyişdirilməsi nəzərdə tutulur.
ANS PRESS-in məlumatına görə, bu barədə Baş nazirin müavini Abid Şərifov bildirib.
O, jurnalist Mir Şahinə ekskluziv müsahibəsi zamanı deyib ki, ölkədə bəzi sahələrin, müəssisələrin iş vaxtı dəyişdirilə bilər: “Əksər müəssisədə iş vaxtı eyni saatda – saat 08:30-da, ya da saat 9:00-da başlayır və eyni vaxtda da başa çatır.”
Ümumiyyətlə, bu məsələ ictimaiyyətdə böyük maraq doğurub. Təklifə paytaxt sakinləri birmənalı yanaşmır, onlar bunun həyata keçiriləcəyi təqdirdə, Bakıda sıxlığın aradan qaldırılması baxımından faydalı olacağını düşünürlər.
Bakı sakini olan Çinarə Heybətova deyir ki, respublikada növbəli iş rejimi mövcuddur. Birinci növbədə iş saatı 09:00-da başlayıb saat 18:00-da bitir. İkinci növbə nə zaman başlayıb başa çatacaq?! Yəni, bu məsələlərə aydınlıq gətirilməlidir: “Ümumilikdə, iş saatının dəyişdirilməsinə pis yanaşmıram.”
Digər paytaxt sakini Əfqan Cəfərov bildirib ki, səhər-səhər bütün orta və ali məktəblərin qarşısından keçmək çətindir. İndi, demək olar, hamının şəxsi avtomobili var və uşaqlar məktəbə, tələbələr isə universitetə maşınla gəlirlər. Odur ki, həmin müəssələrin qarşısı insanlar üçün keçilməz olur. Həm müəllimlərin, həm də valideynlərin yol boyu düzülmüş avtomobilləri vaxt itkisinə və narahatlığa səbəb olur. Əgər iş vaxtı fərqli olarsa, tıxacların da qarşısı alınar.”
Ümumiyyətlə, təhsil və istehsal müəssisələrində iş saatının üst-üstə düşməsi, nəqliyyat vasitələrinin hərəkətlərində maneələr yaradır. İnsanların ictimai nəqliyyat vasitələrindən (metro və avtobus) istifadə etməsi çətinləşir. Bəs, bu sahədə əmək qanunvericiliyində dəyişikliklərin aparılmasına ehtiyac varmı, yeni iş vaxtına keçid işçilərdə əlavə problem yarada və bu, əməkçilərin hüquqlarının pozulması kimi qiymətləndirilə bilərmi?
Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsək də, nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev iş saatının dəyişdirilməsi ilə bağlı xəbərdar olmadığı üçün fikir bildirmək istəmədi.
Hüquqşünas Azər Quliyevin fikrincə, iş saatının dəyişdirilməsini bütün sahələrə aid etmək düzgün deyil. Bu, yalnız iş saatı qeyri-müəyyən olan müəssisələrdə həyata keçirilə bilər. Digər sahələrdə isə, insanların iş rejimi pozulur və onlar gün ərzində hər şeydən məhrum olurlar. Axı, işçilər də insandır, onların da gün ərzində planları var.
O, birinci Avropa Oyunları zamanı paytaxta iş saatlarında dəyişiklik tətbiq olunmasına da toxunub: “Bu, sadəcə, iş saatlarının yarım saat geriyə çəkilməsi idi.”
Yuxarıdakı qrafikdə Bakı şəhərində 2015-ci il mayın 1-dən iyulun 1-dək fəaliyyət göstərən dövlət orqanlarında, müəssisə və təşkilatlarda çalışan işçilərin (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlar istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi pilləli şəkildə göstərilib.
Aşağıdakı qrafikdə isə birinci Avropa oyunları zamanı özəl müəssisələrdə iş rejiminin vəziyyəti təsvir olunub.
İş saatları ilə bağlı xarici ölkələrə də nəzər yetirmək maraqlıdır. Məsələn, Nyu-Yorkda xadimələr, əsasən, gecə saatlarında işləyəndə, insanların da narahatlığına səbəb olmur. Amma Azərbaycanda xadimələr günorta insanların ən çox fəaliyyətdə olduğu saatlarda işləyirlər ki, bu da müəyən narazılıq və problem yaradır.
Psixoloq Vəfa Əkbərli iş saatının dəyişdirilməsinin nəinki, insanların həyat tərzinə, eyni zamanda psixologiyasına müsbət təsir edəcəyini vurğuladı: “Çünki insanlar eyni tərzdən bezirlər, eyni saatda işə gəlmək, eyni kollektivlə ünsiyyətdə olmaq, eyni əşyaları görmək onları bezdirir. Odur ki, yeni iş qrafiki müəyyənləşərsə, bu, insanların daha sağlam qalmasına və asudə vaxtlarını iş rejiminə uyğunlaşdırılmasına səbəb olacaq və onlar daha həvəslə işləyəcəklər. Təbii ki, növbəli iş rejimi ölkənin digər sahələrinə, xüsusən, nəqliyyat sektoruna təsirsiz ötüşməyəcək. Belə ki, işə vaxtında çatmaq üçün ictimai nəqliyyatda sıxlıq və yollarda tıxac yaranmayacaq.”
Bir sözlə, Bakıda yerləşən müəssisələrdə yeni iş saatlarının dəyişdirilməsi arzuolunandır. Əminik ki, tezliklə bu məsələ ilə məşğul olan qurumlar yeni iş saatlarını müəyyənləşdirib tədbiq edəcəklər.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İranda edamların sayında artıb

Next Post

Avro qalxdı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Avro qalxdı

Ermənilər iriçaplı pulemyotlarla atəşkəsi pozdu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.