"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Seçkiyə 3 ay qaldı

29 İyul 2015 - 11:26
in XƏBƏR LENTİ

Seçkiyə 3 ay qaldı – partiyalar nə işi görür?

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Azərbaycanda növbəti parlament seçkilərinin keçirilməsinə 3 aydan bir qədər çox vaxt qalıb.
Hakim Yeni Azərbaycan Partiyası seçkilərə bir il öncədən hazırlaşdığını və bütün dairələrdən namizəd irəli sürəcəyini açıqlayıb. Nəzərə alsaq ki, ötən seçkidə də qalib gələn hakim partiyaya nəzərən müxalifət partiyaları sükuta qərq olub. Hətta bəzi partiyaların seçkiyə qatılıb-qatılmayacağı belə məlum deyil.
AzVision.az müxalif düşərgədə parlament seçkilərinə hazırlığın nə yerdə olduğu ilə maraqlanıb.
Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə deyir ki, hazırda partiya seçkiyə hazırlıqları davam etdirir: “Artıq rayon təşkilatlarında seçkiyə müvafiq hazırlıqlar gedir. Eyni zamanda biz seçkidə iştirak edəcək namizədlərimizi müəyyənləşdirməklə məşğuluq. Hazırlıqlarımız başa çatdıqdan sonra daha geniş məlumat yayacağıq”.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib ki, seçkiyə partiya olaraq “Azadlıq 2015” seçki blokunun tərkibində qatılacaqlar: “Ancaq partiyanın hüquqi qərarı avqustun ikinci yarısında keçiriləcək məclisin toplantısında veriləcək. Bununla belə hazırda “Azadlıq 2015” seçki blokunda təmsil olunuruq və ora 40-dan artıq namizəd təqdim etmişik. Ancaq, partiya seçkiyə təkbaşına qatılsaydı, 60-dan artıq namizədimiz olacaqdı. Blok daxilində təftiş işləri aparılacaq. Ona görə də partiyanın seçkiyə neçə nəfərlə qatılacağını indidən söyləyə bilmərəm. Yəni, biz daha layiqli namizədlərin blokun namizədinə çevrilməsini hədəfləyirik”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə qeyd edib ki, partiya seçkidə çox sayda namizədlə iştirakı planlaşdırmır: “Partiya seçkiyə Ümid Partiyası ilə birlikdə “Qarabağ” seçki blokunun tərkibində qatıla bilər. Ancaq bu məsələ müzakirə olunacaq. Seçkidə blok şəkilində qatılma məsələsi dəqiqləşdikdən sonra namizədlərimiz razılaşdırılacaq”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə deyib ki, partiya seçkidə iştirakla bağlı qərar qəbul edib: “Bu gün biz seçkiyə təkbaşına gedirik. Amma blok şəkilində qatılma məsələsi də açıqdır. Çünki, bizə bloklarda iştirak etməklə bağlı təkliflər var. Hələ bu məsələ barədə qərar verməmişik. Bununla belə hazırda dairələr üzrə monitorinqlər aparılır və namizədlərimizin müəyyənləşməsi prosesi gedir. Namizədlərimiz arasında gənclər üstünlük təşkil edəcək. Eyni zamanda biz şanslı namizədlərə üstünlük verəcəyik”.
Partiya sədri hesab edir ki, AMİP bu seçkidə mandat qazanaraq parlamentdə təmsil olunacaq: “Bu barədə öhdəlik götürürəm. Çünki, bu gün biz bütünük, təşkilatlanmışıq və seçkiyə hazırıq”.
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə isə bildirib ki, partiya seçkilərdə iştirakla bağlı işə avqustun 1-dən etibarən başlayacaq: “Seçki ilə bağlı mühüm işlər görməyəcəyik. Çünki, bizdə köhnə komandadır. Ona görə də bizə yeni heç nə lazım deyil. Seçkiyə 3-5 nəfər namizədlə qatılacağıq. Çünki, çox sayda namizədlə iştirak üçün maddi imkanlarımız yoxdur”.
Ədalət Partiyasının (ƏP) Aparat rəhbəri Mütəllim Rəhimlinin sözlərinə görə, partiyada seçkiyə qatılmaqla ümumi fikir olsa da, son qərar avqustun sonunda keçiriləcək Ali Məclisin toplantısında veriləcək.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublunun fikrincə, hazırda partiyanın gündəmində duran əsas məsələ qurultaya hazırlıqdır: “Bununla belə seçkiyə hazırlıq gedir. Dairələrdə vəziyyət dəyərləndirilir. Biz səs almağı bacaracaq namizədlərlə seçkiyə qatılmağı düşünürük. Bununla belə qeyd edim ki, partiya “Azadlıq 2015” seçki blokunda da təmsil olunur. Təbii ki, o partiyaların da namizədləri var. Ancaq bu məsələlər blok daxilində müzakirə olunduqdan sonra qərar veriləcək”.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, partiya 70-dən çox dairədən namizədini müəyyənləşdirib və digər dairələrdən də namizədlərin müəyyənləşdirilməsi istiqamətində iş gedir: “Artıq müəyyənləşmiş namizədlər öz dairələrində vəziyyəti araşdırır. Seçki elan olunduqdan sonra namizədlərin təsdiqlənməsi baş tutacaq. Bununla belə biz partiyanın seçki platformasının hazırlanması işini davam etdiririk”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlının sözlərinə görə, hazırda partiyanın namizədləri müəyyənləşdirilir: “Artıq bizim 70-ə yaxın namizədimiz müəyyənləşib. Amma, namizədlərimizin sayı arta bilər. Namizədlərimiz partiyanın rəhbər strukturunda təmsil olunan şəxslərdir. Bundan başqa seçkilərdə BAXCP üzvü olmayan şəxslər partiyanın təmsilçisi kimi seçkilərə qatıla biləcəklər. Bunun üçün onlar BAXCP-yə ərizə ilə müraciət etməlidirlər”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda hər min nəfərin 1273 ədəd kredit hesabı var

Next Post

İqtidar qırmızı xətti də keçdi… – Elbəyi Həsənli

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

İqtidar qırmızı xətti də keçdi... - Elbəyi Həsənli

Türk ordusundan böyük əməliyyat - 200 terrorçu məhv edildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.