
Myanmada təxminən 7 min məhkum əfv olunaraq sərbəst buraxılıb.
Əfvdən faydalanan 210 xarici vətəndaş arasında Myanmaya qeyri-qanuni yollardan girməyə çalışıb ömür boyu həbsə məhkum edilən 150 Çin vətəndaşı da var.
Bununla birlikdə azadlığa buraxılan az sayda siyasi məhbus isə əfvin bir aldatma olduğunu ifadə edir: “Cəzamın bitməsinə bir ay qalmışdı. Bu yalnız bir şoudur. “
“Hökumətin bu əfvdə dürüst olduğunu düşünmürəm. Hökumətin hələ içəridə saxlamaq istədiyi gənclər, tələbələr var. Əgər yaxşı niyyətli bir hərəkət olsaydı bütün siyasi məhbusları sərbəst buraxardılar “.
Qaçaqmalçılıq üstdə saxlanılan çinlilərin sərbəst buraxılması Myanma hökumətinin Pekinin təzyiqinin nəticəsi hesab olunur.



